Ölkə futbolu
Emil Mustafayev: “Neftçi”dən təklif almamışam”
Ukraynanın “Aleksandriya” klubunda çıxış edən Emil Mustafayev “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Futbolinfo.az-a açıqlama verən gənc oyunçu Bakı təmsilçisindən təklif almadığını bildirib:
“Rəsmi olaraq heç bir şey yoxdur. Sadəcə, xəbərlər var. Mən “Neftçi”dən təklif almamışam, hər hansı məktub, dəvət gəlməyib. Azərbaycan çempionatını izləyirəm, matçların videoicmallarına baxıram. Ümumiyyətlə, Azərbaycandan heç bir təklif almamışam. Bütün diqqətim “Aleksandriya”dadır”.
Qeyd edək ki, yerli oyunçu potensialı zəif olan bakılıların Emili heyətinə qatmaq istədiyi deyilir. Bizdə olan bilgiyə görə, “Neftçi” mövsüm bitən kimi rəsmi təklif göndərəcək.
Mustafayev “Aleksandriya”ya yetirməsidir. 21 yaşlı oyunçunun müqaviləsi yayda başa çatacaq.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var