Müsahibə
Emil qola yox, qələbəyə sevinəcək: “Yaxşı şansımız var”
“Səbail”in futbolçusu Emil Martinovun futbolinfo.az saytına müsahibəsi
– “Qəbələ” ilə oyunda 2 qol vursanız da, məğlub oldunuz. Oyunu necə şərh edərsən?
– Çox yaxşı başlamışdıq. İki qol vurduq və bundan sonra əlimizə hesab arasındakı fərqi artırmaq üçün yaxşı fürsətlər düşdü. Bəzən yaxşı oynasan da, qol imkanları qazansan da, qələbə əldə etmək üçün uğurlu olmursan. “Qəbələ” yaxşı komandadır və onlar şanslarından istifadə etdilər.
– Qollardan birinin müəllifi sən idin…
– Bunun heç bir fərqi yoxdur. Kim qol vurur-vursun, komanda qələbə qazansın. Çünki bizim komandada hər kəs əlindən gələnin ən yaxşısını edir. O zaman xoşbəxt olardım ki, vurduğum qol komandama qələbə qazandırardı…
– Final şanslarınız azaldı?
– Bizim yaxşı şansımız var.
– Evdə qələbə qazanacağınıza ümid edirsən?
– Düşünürəm ki, doğma meydanda öz gücümüzü göstərə bilərik. Finala vəsiqə üçün heç nə itirilməyib.
– Bir neçə gün öncə mətbuatda mövsümün sonunda komandadan gedəcəyin barədə xəbərlər çıxdı. Doğrudurmu?
– Bu suala cavab verə bilmərəm. Hazırkı durumda mən komandama və oyunlara motivasiya olmuşam. Mümkün olduğu qədər yaxşı çıxış etməyə çalışıram.
AĞA
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var