Ölkə futbolu
Emin Mahmudov qərarını yığmanın oyunundan sonra verəcək
Emin Mahmudov “Neftçi” ilə bağlı yekun qərarınını milli komandanın düşərgəsindən qayıtdıqdan sonra verəcək. Hazırda Estoniya ilə oyuna hazırlıq üçün yığmanın heyətində olan yarımmüdafiəçi klub rəhbərliyindən bu həftəsonunadək vaxt istəyib.
Futbolinfo.az xəbər verir ki, bir neçə təklifi olan, xüsusilə də Asiyaya yollanmaq variantı real görünən Emin “Neftçi”dən illik yarım milyon dollar maaş istəyib. Bakılılar isə 400 min dollar verməyə razıdır. Klub futbolçuya ödəyə biləcəyi məvacibin maksimum məbləğini bildirib, indi qərarı Emin verməlidir. Mahmudov ya ölkədə ən yaxşı maaş alan 2-3 oyunçudan biri olacaq, ya da böyük pullar üçün Asiyaya yollanacaq.
Mahmudovun klubun son forma təqdimatında görünməməsinin səbəbi də budur. Klub qalacağı dəqiq bəlli olmayan kapitanı çəkilişlərə dəvət etməmişdi.