Müsahibə
“Erkən qollardan sonra bir az asan oldu” – Ozobiç
“Qarabağ”ın futbolçusu Filip Ozobiçin “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra futbolinfo.az-a müsahibəsi
- “Zirə”nin sizə müqavimət göstərəcəyi və xal alacağı gözlənilirdi…
- Onlara qarşı oynamaq çətin idi. Düzdür, biz qələbə qazandıq, amma çox asan olmadı. Yaxşı oynadıq, meydanda gücümüzü qoyduq və qalib gəldik.
- Lakin oyuna baxsaq, “Zirə”nin qapınızın ağzında normal qol epizodu və ya zərbəsi olmadı. Sən rəqibdən bu cür oyun gözləyirdin?
- Mən deyə bilmərəm ki, “Zirə” pis oynadı və ya mən onlardan nəsə gözləyirdim. Çətinlik çəkdik, rəqib müqavimət göstərirdi, yaxşı oynayırdı. Lakin biz erkən qol vurduq və sonra bir az asan oldu.
- Liderlər “Neftçi” və “Qarabağ” qələbələrə davam edir. Düşünmürsən ki, çempionatın taleyi son oyunda bu iki komandanın matçında həll oluna bilər?
- Hələ qarşıda çox oyun var. Yalnız qarşıdakı matçlara baxmaq lazımdır və matçdan matça inkişaf etmək, xallar toplamaq gərəkir.
- Uzunmüddətli zədədən sonra formanı tam bərpa etmisən?
- Bəli, özümü çox yaxşı hiss edirəm.
- “Qarabağ”ın çempionluq şansları bundan əvvəlki illərə nisbətən azalıb? Ən azından bu il müqavimət göstərən komandalar çoxdur…
- Çempionat rəqabətlidir, oyunlar çətindir. Lakin qarşıda ən azı 9 oyun var və bu matçlarda çox şeylər baş verə bilər.
- Artıq Azərbaycanda 5 ilin tamam olub, millimizdə oynamaq haqqında düşünürsən?
- Bəli, burada 5 ilim tamam olub. Özümü burada yaxşı hiss edirəm. Baxaq görək ki, qarşıda necə olacaq.
CAVAD