Dünya futbolu
Evra Ronaldonu Messidən üstün sayır
Kriştianu Ronaldo – Lionel Messi müqayisəsində həmişə portuqaliyalıya üstünlük verən Patris Evra seçiminin səbəbini açıqlayıb. Hazırda ekspert kimi çalışan Fransa yığmasının sabiq üzvü keçmiş komanda yoldaşının üstünlüklərindən danışıb.
Evra Ronaldonu çox çalışmasına görə bəyənir: “Dostum olduğu üçün yox, həmişə üzərində çalışdığından ona heyranam. Tanrı Messiyə böyük istedad verib və onunla rəqabət aparmaq üçün Kriştianunun daha çox çalışması gərək idi. Ronaldo da istedadlıdır, amma səviyyəsini qaldırmaq üçün dayanmadan məşq etməsi lazımdır. Yalnız üzərində çox işləyən insanları sevirəm. Bu mövzuda Ronaldo tam fərqli bir səviyyədir. Başqa biri Messini üstün sayırsa, anlayış göstərirəm. Sadəcə, kriteriyalarımız fərqlidir, kimsə səhv düşünmür. Messi Ronaldo qədər çalışsaydı, 15 “Ballon d’Or” qazanmış olardı”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…