Bizi izləyin

Ölkə futbolu

Eyforiyaya qapılmadan…

blank
blank

Sevincliyik, amma hələ heç nə bitməyib. Rəqibin ikinci qolu olmasaydı və ya son saniyələrdə təkbətək epizod Nəriman Axundzadənin təcrübəsizliyinə qurban getməsəydi, “Qarabağ”ın ümumi uğuru haqda daha ümidli danışardır. Hələliksə yalnız birinci hissə başa çatıb.

“Qarabağ” ilk dəfə yüksəldiyi Avropa Liqasının pley-off mərhələsində önəmli üstünlük qazandı. Portuqaliyada qazanılan qələbə qiymətsizdir, amma 1/8 finala tam bilet deyil. Bakıda da diqqətli olmaq və işi bitirmək lazımdır.

İlk oyun gözləniləndən də yaxşı nəticə ilə başa çatdı. Çempionlar Liqasından gələn “Braqa”ya səfərdə 4 qol vurmaq sıradan iş deyil. Hesabı açan, yenidən önə keçən, xeyli qol epizodu yaradan “Qarabağ” Avropada futbol şousu göstərdi. Eyni zamanda məsuliyyət də artdı. Belə üstünlüyü Bakıda qoruya bilməmək böyük ruh düşkünlüyünə səbəb olar. “Braqa” keçilməsə, kimsə Ağdam klubunu qınamazdı, lakin ilk görüşdəki 4:2-dən sonra fürsət əldən verilsə, məyusluq daha çox olacaq.

Qurban Qurbanov “Braqa”nı əla analiz etmişdi. Öz oyun dəst-xəttindən imtina etməyən baş məşqçi, eyni zamanda rəqibin boşluqlarından məharətlə istifadə edilməsinə hesablanan taktika seçmişdi. Və hər şey plana uyğun getdi. 54-69-cu dəqiqələr arasında vurulan qollar sarsılmış rəqibin kötəklənməsi idi. “Braqa” noqdaundan ayılmadan ardıcıl zərbələr “yedi” və bu, ümumi qələbədə həlledici oldu.

Bununla belə, Portuqaliya klubunun xüsusilə hücum xətti çox təhlükəlidir. Bakıda ani arxayınçılıq hətta qısa zamanda ümumi hesabın bərabərləşməsinə səbəb ola bilər. Belədə 1/8 ümidləri suya düşər. Məsuliyyət daha da artıb – zirvədə qalmaq ora qalxmaqdan daha çətindir.

Gələn həftə ölkə futbolu tarixində önəmli matç olacaq. “Qarabağ”ın rəhbərliyi, məşqçiləri, futbolçuları Portuqaliyada qazanılan üstünlüyün əldən çıxmaması üçün hər şey edəcək. Lakin cavab matçında əsas işi azarkeşlər görməlidir. Komandanın 12-ci oyunçusu olaraq rəqibi təzyiqdə saxlamaq çox vacibdir və Respublika Stadionunu dolduracaq azarkeşlərin bunu bacaracağına əminik. Tarixi missiyanı yerinə yetirmək üçün “Qarabağ”ı tək qoymaq olmaz.

Avropa bir neçə gün dünənki qələbədən danışacaq. Onların gündəmindən düşməmək üçün cavab matçını qəzasız keçirmək, növbəti nəhəngi Bakıya gətirmək lazımdır. Eyforiyaya qapılmadan dünənki qələbənin yox, ümumi uğurun dadını çıxartmaq, bayram etmək gərəkdir.

FƏRİD

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-07-13 09:30

Ronaldoya yeni müqavilə təklifi

blank
Dünya futbolu2024-07-13 09:00

Zidan “Kordoba”da

blank
Digər idman növləri2024-07-13 08:30

Azərbaycan badmintonçularının Olimpiya Oyunlarındakı rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2024-07-13 08:15

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Ölkə futbolu2024-07-13 08:00

Finalda eyni adlar

blank
Ölkə futbolu2024-07-13 00:40

“Oyunçular onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar”

blank
Ölkə futbolu2024-07-13 00:19

“Sumqayıt” Türkiyə klubuna qalib gəldi

blank
Digər idman növləri2024-07-13 00:03

Azərbaycan gimnastlarından İtaliyada 6 qızıl medal

blank
Milli komanda2024-07-12 23:25

“Pley-offa vəsiqə qazanmaq şansını itirməmişik”

blank
Ölkə futbolu2024-07-12 22:43

“Səbail” heyətinə daha 2 futbolçu cəlb etdi

blank
Milli komanda2024-07-12 22:00

Millimiz Macarıstana böyük hesabla məğlub oldu

blank
Dünya futbolu2024-07-12 21:30

“Çelsi” yeni futbolçusu ilə 7 illik müqavilə bağladı

blank
Ölkə futbolu2024-07-12 20:40

AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı

blank
Ölkə futbolu2024-07-12 20:18

Şeydayev “Kocaelispor”dan ayrıldı – “Neftçi”yə gəlir

blank
Dünya futbolu2024-07-12 20:00

“İnter” baş məşqçisi ilə bağlı qərarı rəsmən açıqladı

blank
Digər idman növləri2024-07-12 19:31

Ağayeva Dünya Kubokunda finala yüksəldi

blank
Dünya futbolu2024-07-12 19:00

“Mançester Yunayted”dən 36 yaşlı futbolçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-07-12 18:45

Millimiz AÇ-nin təsnifat məshələsinin hazırlığına start verdi

blank
Digər idman növləri2024-07-12 18:31

“Bu hissləri yenidən yaşamaq çox xoşdur”

blank
Digər idman növləri2024-07-12 18:17

Cokoviç məşhur jurnal üçün fotosessiya etdi

blank
Dünya futbolu2024-07-12 17:59

Gürcü futbolçu 6 milyona satıldı

blank
Dünya futbolu2024-07-12 17:40

“Mançester Yunayted”də yeni müqavilə

blank
Dünya futbolu2024-07-12 17:25

“Mançester Siti” Qomesi satdı

blank
Milli komanda2024-07-12 17:13

İki komandanın baş məşqçisi bəlli oldu

blank
Ölkə futbolu2024-07-12 17:09

“İrəvan”ın qovulma səbəbi

blank
Ölkə futbolu2024-07-12 17:00

“Kəpəz”dən növbəti transfer

blank
Dünya futbolu2024-07-12 16:41

Klopp fəxri səfir seçildi

blank
Dünya futbolu2024-07-12 16:22

Nistelroy yenidən “Mançester Yunayted”də

blank
Ölkə futbolu2024-07-12 16:08

Uğurlu startın səbəbləri

blank
Dünya futbolu2024-07-12 15:51

UEFA yeni qayda tətbiq edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm