Dünya futbolu
“Fənərbaxça” onu da itirdi
Türkiyənin “Fənərbaxça” klubunda daha bir futbolçu zədələnib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisinin yarımmüdafiəçisi Miha Zayç sıradan çıxıb.
O, 29-cu tur çərçivəsində baş tutan “Ankaragücü” ilə oyunda əzələsini zədələyib. Müayinələr nəticəsində onun sol ayaq əzələsində yırtıq və qanama aşkarlanıb.
Sloveniyalı futbolçunun azı 2 həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir. O, bu mövsüm “Fənərbaxça”da 28 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Fənərbaxça”da ötən gün qapıçı Altay Bayındır də əməliyyat olunub.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”