Bizi izləyin

Digər idman növləri

Faciəylə üzə çıxan problem – övladlarımızı kimə etibar edirik?

blank
blank

Sağlam gələcək – bu ifadədə iki məna var. Biri məcazi mənada övladlarımızın timsalında gələcəyimizin sağlam olacağı anlamını verir. Həqiqətən də idman sağlamlıq planında ən böyük zəmanət mənbəyidir. Ümumiyyətlə, bədən tərbiyəsinin sağlamlıq planında cəmiyyətə verdiyi faydadan çox danışmaq olar. İdman həm ölkənin adının ucaldılması, həm rəqabət planında inkişaf, həm də zərərli vərdişlərdən çəkinmək üçün ən mükəmməl vasitədir. “Sağlam gələcək” ifadəsinin  digər anlamı isə sözün həqiqi mənasındadır. Yəni, övladlarımızı idman məşğələlərinə yazdırırq və düşünürük ki, evə sağlam gələcək.

Amma təəssüf ki, bəzən bunun əksini görürük. Bir neçə ay əvvəl məşq zamanı bir yeniyetmə cüdoçu digərini bıçaqla qətlə yetirdi. Bugünlərdə isə Sumqayıtda sambo məşçisi Mehman Xəlilov 7 yaşlı tələbəsi Fərid Bakarova təhlükəli fənd tətbiq edərək onun ölümünə səbəb oldu. Belə olan halda, artıq heç bir valideyn əminliklə “övladım məşqdən sağlam gələcək” deyə bilməyəcək.

Əslində, burada idman və zorakılıq aysberqin görünən tərəfidir. Yəni, məşq zallarında yaşanan xoşagəlməzliklər ilk baxışdan çanağı idman və məşqçilərin başında çatlatsa da, məsələnin problemi daha dərindədir. Azərbaycanda növündən asılı olmayaraq, istənilən təlim və tədris ocağında belə problemlər yaşana bilər. Vacib deyil ki, bu iyrənc vəziyyətin sonu ölümlə nəticələnsin. Sadəcə, yalnız ölüm faktları qeydə alınanda cəmiyyət daxilində təşviş yaranır.

Ölüm ən acınacaqlı vəziyyət olsa da, zorakılığın tətbiqi də bir o qədər dəhşətlidir. Hər gün istər orta məktəblərdə, istərsə də məşq zalları və ya meydançalarında tükürpədici hadisələr baş verir. Sadəcə, onların hamısı sosial şəbəkələrə və ya mediaya çıxmır. Biz də elə bilirik ki, hər şey əladır, ancaq bəzi hallarda belə dəhşətli mənzərələrlə üz-üzə qalırıq.

Problem bizim unutqanlığımızda və haqqlarımızı tələb etməməyimizdədir. Məsələn, övladımızı hansısa idman növünə yazdıranda oranın müəlliminin xarakteristikası və ya lisenziyası ilə maraqlanmırıq. Məsələn, bir almaniyalı və isveçrəli mexanizm kimi işləyən ölkəsində belə bununla maraqlanır. Halbuki bunu etməsə də olar. Amma mexanizmin “M” hərfi olmayan bir yerdə biz öz balalarımızın həyatını təhlükəyə atırıq. Halbuki, yaxşı bilirik ki, tədris sahəsində yetərincə nöqsanlarımız var. İstər orta məktəbdə, istərsə də, idman cəmiyyətlərində psixoloji durumu qaydasında olmayan pedaqoqlar və məşqçilər çalışır.

Elə iş yerləri var ki, orada çalışanları müntəzəm olaraq psixoloji testlərdən keçirirlər. Bu xüsəsən silahla davranmalı olan peşə sahiblərinə aiddir. Bunu idmanda da tətbiq etmək lazımdır. Uşaqlarla işləyən mütəxəssisləri isə mikraskopla incələmək vacibdir. Çünki böyük idmançı ilə çalışmaq elə də çətin deyil. Məşqçi ilə peşəkar idmançı bir-birini gözüyumulu başa düşür. Amma uşaqlar bu yolda ilk addımlarını atdığından onlara doğru olan yolu 5, yeri gələndə 10 dəfə başa salmaq lazımdır. Bu isə məşqçidən səbr tələb edir. Ona görə də bələkdən çıxanı ələkdən keçməyənin qarşısına çıxarmaq doğru deyil.

Uşaqlar zərifdirlər, uşaqlar zərdirlər. Zərif olan həm də zəif olur. Belə zəiflə ruhu zərif olan məşqçi çalışmalıdır. Qaba müəllim və ya məşqçi onlarla dil tapa bilməz. Bəli, uşaqlar zər olduğundan onları zərgərə təhvil vermək lazımdır. Zərin qədrini zərgər bilməlidir. Ani ehtiyatsızlıq həmin zərin dəyərini azalda bilər. Sonradan nə qədər cəhd etsən də, korlanmış cəvahiratı dəyərə mindirə bilməzsən. Uşaqlarımız da cəmiyyətimizin ləl-cəvahiratıdır. Onları cilalaya bilməyənləri təhsil ocaqlarına və məşq meydanlarına buraxmaq cinayətdir.

Əslində, girişdə də qeyd etdiyim kimi,yalnız zorakılıq faktlarına görə həyəcan təbili çalmaq doğru deyil. Uşaqların inkişaf etməsinə mane olan o qədər səbəb saya bilərik ki. Təbii ki, Mehman Xəlilovun törətdiyi əməldən betərini təsəvvür etmək çətindir. Amma idmançı uşaqları yetişdirmək üçün valideynlərdən pul alan məşqçilər də bir o qədər mənəvi cinayətkardır. Mehman Xəlilov balaca Fəridi qətlə yetirmək istəmədən belə qatil adlandırılırsa, rüşvətxor uşaq məşqçiləri bilərəkdən bunu edərək mənəvi qatil sayılırlar.

Bu, demək olar ki, bütün idman növlərində belədir. Eyni hallar yuxarıda qeyd etdiyim kimi, təhsil ocaqlarında da yaşanır. Nə qədər ki, bu qatillərə eyni gözlə baxmayacağıq, özümüz öz övladlarımızın ayağının altını qazacağıq. İlk ötürməni onlara məhz biz edirik. Çox təəssüf ki. biz həm də avtoqol müəllifi oluruq. Mənəviyyatı saflaşdırmayana qədər belə problemlər atlı olacaq, biz də piyada. Mən hələ üzdə olan problemlərdən danışdım. Bu prosesin içində olanlar o qədər belə nümunələr gətirə bilər ki. Gəlin, sağlamlığımızı və gələcəyimizi qurban verməyək, övladlarımızı qoruyaq!

ABBAS

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-13 01:07

“Yuventus” autsayderlə də bacarmadı

blank
Dünya futbolu2024-05-13 00:51

“Bayer”dən darmadağın, “Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-13 00:33

“Arsenal” “Mançester Yunayted”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-13 00:06

Renat qol vurdu, Şahruddin 6 top buraxdı, liderlər qalib gəldilər

blank
Digər idman növləri2024-05-12 23:25

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-12 23:06

Azərbaycan çempionatında ilk medalçı bəlli oldu

blank
Premyer-liqa2024-05-12 22:47

“Futbolçular psixoloji olaraq çox yüklənib” – Samir Abasov

blank
Premyer-liqa2024-05-12 22:28

“Sumqayıt”dan daha yaxşı oynadıq” – Diniyev

blank
Premyer-liqa2024-05-12 22:09

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-12 21:47

“Qəbələ”də 250-ci oyun

blank
Premyer-liqa2024-05-12 21:26

“Sumqayıt” “Səbail”ə qalib gəldi

blank
Premyer-liqa2024-05-12 20:47

“Oyuna nəzarət edirdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-12 20:01

“Çoxlu səhvlərə yol verdik” – Renduliç

blank
Premyer-liqa2024-05-12 19:48

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-05-12 19:21

Ertuğrul Sağlam yenidən Ramil Şeydayevin komandasında

blank
Premyer-liqa2024-05-12 18:58

“Qəbələ” “Sabah”a da qalib gəldi

blank
Dünya futbolu2024-05-12 18:00

Şeydayevin komandası baş məşqçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm