Digər idman növləri
“Ferrari” pilotunun qolundan 300 min avroluq saat oğurlandı
“Ferrari” pilotu Karlos Sayns İtaliya qran-prisidən sonra hücuma məruz qalıb.
Futbolinfo.az ANSA agentliyinə istinadla xəbər verir ki, hadisə Milan şəhərinin mərkəzində baş verib. Məskunlaşdığı mehmanxanadan çıxarkən ispan pilotu 3 nəfər dövrəyə alaraq qolundan 300 min avro dəyərində saatı çıxarıb.
Xoşbəxtlikdən ətrafda olanlar Karlos Saynsı tanıyıblar və ona kömək etmək üçün oğruların arxasınca qaçıblar. Nəticədə Montenapoleone rayonunun polis əməkdaşlarının da müdaxiləsindən sonra oğrular saxlanılıb. Məlumata görə saxlanılan şəxslər 20 yaşlarında üç mərakeşlidir.
Xatırladaq ki, Karlos Sayns İtaliya qran-prisində uğurla çıxış edərək “Red Bull” pilotlarının ardından 3-cü yeri tutmuşdu.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib