Digər idman növləri
FİA Bakıda bir sıra yeni qərarlar qəbul etdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Bakıda keçirilən iclasında 2024-cü ildə tətbiqi planlaşdırılan bir sıra yeniliklər təqdim edilib.
Məlum olduğu kimi, Qətər qran-prisində istidən və rütubətdən əziyyət çəkmiş pilotların çoxsaylı şikayətləri olmuşdu. Bəzi sürücülərə hətta tibbi yardım da göstərilmişdi.
Qərara əsasən, bundan sonra bolidlərin kokpitində soyutma funksiyasını yerinə yetirən və isti havanı çıxarmaq üçün dəlik olacaq. Şərtlərdən asılı olaraq bu dəlikdən selektiv şəkildə istifadə olunacaq.
Digər qərara görə, artıq pit-leyndan start düzlüyünə çıxışa yarışın başlanmasına 50 dəqiqə deyil, 40 dəqiqə qalmış icazə veriləcək. Maşınların altlığına bərkidilən təhlükəli metal hissələrin sayı azaldılacaq. Nəhayət, pit-leyndən start verən maşınların mexanikləri isinmə dövrəsinə 90 saniyə qalmış işlərini bitirməlidirlər.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə