Dünya futbolu
FIFA Fransa klubuna transfer qadağası qoydu
FIFA daha bir klubu cəzalandırıb. Bu dəfə Fransanın “Anje” klubu ali futbol qurumunun qəzəbinə tuş gəlib.
Futbolinfo.az xəbər verir ki, Fransa klubu növbəti 2 transfer dövründə heç bir futbolçunu heyətinə qata bilməyəcək. Onlar qarşıdakı yayda və qışda bu hüquqdan məhrum edilib.
Cəzaya səbəb ötən yay azad agent olaraq heyətə qatılan 28 yaşlı futbolçu İlyes Çettinin keçmiş klubu olan “Esperanse” ilə müqaviləyə özbaşına xitam verməsidir. Uzun sürən məhkəmə prosesini qazanan Tunis klubu bu cəzanın səbəbkarı olub. Oyunçu və hazırkı klubu olan “Anje” birlikdə “Esperanse”yə 970 min avro təzminat ödəyəcək.