Dünya futbolu
Firmino Mendinin yanına gedir
Roberto Firminonun Səudiyyə Ərəbistanına transferi reallaşır. Brazilyalı futbolçu tezliklə “Əl Əhli” ilə rəsmi müqavilə bağlayacaq.
Futbolinfo.az xəbər verir ki, forvard bu gün tibbi müayinənin birinci mərhələsindən keçib. Sabah prosedur yekunlaşacaq və Firminonun transferi elan ediləcək. Tərəflər müqavilənin bütün detallarında razılığa gəlib, yalnız imzaların atılması qalıb.
Firmino bu yay “Liverpul”dan ayrılıb. 31 yaşlı oyunçu 8 il şərəfini qoruduğu İngiltərə klubunu azad agent kimi tərk edib.
Xatırladaq ki, “Əl Əhli” daha öncə “Çelsi”dən Eduard Mendini də transfer edib.