Digər idman növləri
Formula 1: Azərbaycan qran-prisinin vaxtı dəyişdirilə bilər
Formula 1 rəhbərliyi gələn ilin təqvimini optimallaşdırmaq üçün işlərini davam etdirir. Məlumata görə, qran-priləri ərazi üzrə keçirmək planlaşdırılır.
Misal üçün, Avstraliya, Çin və Yaponiya qran-priləri ardıcıl keçirilə bilər. Bunun üçün hazırda rəhbərlik Yaponiya qran-prisinin promouterləri ilə danışıqlar aparır.
Suzukadakı yarış adətən payızda keçirilir. Bu isə plana uyğun deyil. Yaponlar yarışın yazda təşkilinə razı olsalar, ardıcıl 3 şərq qran-prisi baş tutacaq.
Səudiyyə Ərəbistanı qran-prisinin də yerinin dəyişdirilməsi nəzərdə tutulur. Layihəyə əsasən, orada mövsümün ilk yarışı olmalıdır. Belə olan halda Bəhreyn qran-prisi daha gec keçirilməlidir. Buna da səbəb Ramazan ayıdır.
Təqvimdə optimallaşdırmalı olan digər bir məqam Kanada qran-prisinin yeridir. Böyük ehtimalla gələn mövsüm Kanadadkı yarış Mayami ilə yanaşı olacaq. Belə olan halda komandalar qısa bir zamanda Avropaya dönmək məcburiyyətində qalmayacaqlar. Həmin mərhələlərin iyun ayında təşkili nəzərdə tutulur.
Azərbaycan qran-prisinin də vaxtı dəyişdirilə bilər. Gələn ilin təqvimində Formula 1 yarışlarının paytaxtımızda daha erkən keçirilməsi mümkündür. Başqa bir varianta əsasən isə Azərbaycan qran-prisi ardıcıl 3 şərq mərhələsindən sonra – mayın sonlarına salına bilər.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var