Digər idman növləri
Füzulidə voleybol yarışı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Füzulidə yeniyetmə və gənclər arasında Gənclər Gününə həsr olunan voleybol turniri keçirilib. Yarış rayon üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə reallaşıb.
4 komandanın mübarizə apardığı turnirin məqsədi voleybol idman növünə marağın artırılması və Füzuli şəhərinə yeni köç edən gəncləri idmana həvəsləndirməkdən ibarət olub.
Fərqlənən komandalar mükafatlandırılıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)