Bizi izləyin

Ölkə futbolu

Gərgin “Turan Tovuz”: özünə gəlmək üçün bir qələbə lazımdır

blank
blank

“Turan Tovuz” mövsümün yarıdan çoxunu 6-cı pillədə keçirsə də, hələ Premyer Liqada yerini rəsmən təmin etməyib. Qərblilər sonuncu pillədən 8 xal öndədir və qalan 6 turda bu fərqin əriməsi mümkündür.

Düzdür, tovuzlular 4 komandanı qabaqlayır və qazanılacaq 1-2 xal belə vəzifəni yerinə yetirməyə kifayət edəcək. Hətta rəqiblərin büdrəmə ehtimalının böyük olduğunu nəzərə alsaq, bütün oyunları uduzmaqla da elitada qalmaq mümkündür. İstənilən halda, ciddi təhlükə yoxdur, tovuzlular növbəti mövsümün planlarını cıza bilər.

Bununla belə, komandada gərginlik hiss olunur. Ən yaxındakı rəqib olan “Kəpəz”ə məğlubiyyətdən sonra “Turan Tovuz”un düşərgəsində narahatlıq var. Ötən tur azarkeşlərin istefa şüarlarından sonra təzyiq daha da çoxalıb. Qələbəsiz oyunlar seriyasının 7-yə çatması azarkeşləri narazı salır, futbolçular isə psixoloji gərginlikdən çıxa bilmir.

Əslində, komanda heç də mövsümün ilk yarısındakı nəticələrin kölgəsində yatmır. 2023-də baş tutan 12 oyunda 15 xal toplayan komanda ilk iki dövrədəki nəticələri indidən – bitimə 6 tur qalarkən yaxşılaşdırıb. Lakin komanda mövsümün ikinci yarısında evdə cəmi bir qələbə qazanıb, ümumiyyətlə, 15 xaldan yalnız 4-nü Tovuzda əldə edib. Azarkeşlərin narazılığı həm də bununla bağlıdır.

Eltada qalmaq uğrunda mübarizənin qızışdığı bir vaxtda əsəblər tarıma çəkilib. Lakin elə həlledici oyunlar bəzi futbolçuların istənilən səviyyədə olmadığını göstərir. Mövsümün əvvəlində komanda təzə yığılırdı və büdcəyə uyğun gələnlər heyətə cəlb edildi. İndi isə daha ağıllı qərarlar vermək, yeni mövsüm üçün daha mübariz komanda formalaşdırmaq lazımdır. Bu səbəbdən “Turan Tovuz”un bəzi futbolçularla müqaviləni yeniləməsi tələsik addım sayılmalıdır. Məsələn, Şəhriyar Əliyev komandada qalacağını bildikdən bəri səhvlərlə yadda qalır, digərlərində də arxayınlıq yaranıb.

Zaman göstərir ki, gələn mövsümün komandasında indiki heyətdən yalnız bir neçə nəfər qalmağa layiqdir. Təbii ki, söhbət daha güclü “Turan Tovuz”un qurulmasından gedirsə, addımlar soyuqqanlı atılmalıdır. Komandanın sabit oynaması üçün yüksək səviyyəli bir neçə futbolçuya ehtiyac var. Əks halda, həlledici matçlarda lider çatışmazlığı yenə nəticələrdə özünü göstərəcək.

Qərb klubu son zamanlar çox tənqid olunsa da, vəziyyət faciəvi deyil, əksinə, daha üst pillədə olmağın rahatçılığı arxayınçılıq yaradıb. Başqa sözlə, motivasiyasızlıq var və bu, qələbələrə mane olur. Yəqin ki, 6-cı pillənin itirilməsi təhlükəsi ciddiləşəndən sonra futbolçular da silkələnmək zərurətini hiss edəcək.

Amma onadək “Turan Tovuz”u kubok mübarizəsi gözləyir. Komanda “Neftçi”dən zəif görünsə də, şansı pis deyil, toparlanmaq mümkün olsa, elə yüksək motivasiya hesabına sürprizə imza atmaq mümkündür. Heç vaxt kubokda finalçı olmayan komanda bunu bacarsa, klub tarixində yeni səhifə açacaq.

Uzun fasilədən sonra Premyer Liqaya qayıtmış komanda üçün bugünəqədərki nəticələr də pis deyil. Zatən məqsəd Premyer Liqada qalmaq idi, kubokda yarımfinala vəsiqə isə bonus sayılmalıdır. Növbəti mövsümlər üçün daha iddialı komanda qurmaq istəyən rəhbərlik, hazırda ilk mərhələni uğurla yekunlaşdırmağa çalışır. Hazırkı uğursuzluqlar gələcəkdə komandaya xeyir verəcək, dərs çıxarmaq üçün “əyani vəsait”dir. Azarkeşlərlə kiçik konfliktləri yoluna qoymaq, birlik yaratmaq lazımdır. Elə növbəti kubok matçında “Neftçi” üzərində qələbə bütün narazılıqları unutmaq üçün kifayət edə bilər.

AĞA

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-14 12:32

Martinesin 3-cü avtoqolu

blank
Dünya futbolu2024-05-14 12:15

Kurzava da gedir

blank
Digər idman növləri2024-05-14 12:00

Çempionu məğlub edib 2-ci oldular

blank
Digər idman növləri2024-05-14 11:43

Avroliqanın rəmzi komandası elan edildi

blank
Müsahibə2024-05-14 11:28

Səbuhi Abdullazadə: “Hər şey öz əlimizdədir”

blank
Dünya futbolu2024-05-14 11:09

Qalyardo istefaya göndərilir

blank
Milli komanda2024-05-14 10:52

Millimizin Qazaxıstanla oyununun vaxtı dəyişdi

blank
Dünya futbolu2024-05-14 10:35

“Milan”dan ayrılacağını təsdiqlədi

blank
Ölkə futbolu2024-05-14 10:17

Bu gün mövsümün qalibləri bəlli olacaq

blank
Digər2024-05-14 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-14 09:45

Mbappe: “PSJ-dən başıuca ayrılıram”

blank
Premyer-liqa2024-05-14 09:28

Premyer Liqanın 35-ci turu rəqəmlərin gözü ilə

blank
Layihə2024-05-14 09:10

İdman telejurnalistikası: müasir tələblər və problemlər

blank
Digər idman növləri2024-05-14 08:51

“Qızıl Avropa Liqasında yaxşı oynayıb, uğurlu nəticə qazanmaq istəyirik”

blank
Digər2024-05-14 08:34

MOK-da Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüş olub

blank
Dünya futbolu2024-05-14 08:17

Kanadalılar da Kuntsu istəmədi

blank
Ölkə futbolu2024-05-14 08:00

İcraiyyə Komitəsinin gözlənilən qərarları

blank
Dünya futbolu2024-05-14 01:19

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-14 01:08

“Liverpul” 3 qol vurdu, 1 xalla kifayətləndi

blank
Dünya futbolu2024-05-14 00:50

“Fiorentina”dan çətin qələbə

blank
Ölkə futbolu2024-05-13 23:47

AFFA legioner limitinin nə vaxt dəyişəyəcəyini açıqladı

blank
Dünya futbolu2024-05-13 23:25

Aziz Yıldırım “Fənərbaxça”da prezidentliyə namizəd oldu

blank
Dünya futbolu2024-05-13 22:34

Avrokuboklarda final oyunlarını idarə edəcək hakimlər açıqlandı

blank
Dünya futbolu2024-05-13 21:37

Türkiyə kubokunda final matçının stadionu açıqlandı

blank
Dünya futbolu2024-05-13 21:27

“Nyukasl” kimi qurban verəcək?

blank
Digər idman növləri2024-05-13 21:00

Gənc boksçular Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

blank
Digər idman növləri2024-05-13 20:40

Baş nazir Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

blank
Əvəzedicilər2024-05-13 20:30

“Qarabağ-2” səfərdə qalib gəldi

blank
Ölkə futbolu2024-05-13 20:17

Qurban Qurbanov: “Düşündüyümüz məsələlərin hamısını birdən icra etmək mümkün deyil”

blank
Ölkə futbolu2024-05-13 20:14

Adıgözəlov İK-nın iclasında qəbul olunan qərarlardan danışdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm