Ölkə futbolu
Geryenin vergi borcu – təfərrüatlar bəlli olur
Ötən gün “Zirə”nin futbolçusu Donald Geryenin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən məhkəməyə verildiliyini yazmışdıq. Onun məhkəməlik olmasına səbəb isə vergi borclarını ödəməməsidir.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Donald Gerye 2023-cü il aprelin 4-nə qədər olan vergi borclarından yayınıb. Konkret tarix bəlli deyil, amma son gün məhz bu ayın 4-dür.
Maraqlısı budur ki, 2023-cü il aprelin 4-nə qədər Gerye 3 klubda çıxış edib. “Neftçi” və “Qarabağ”dan sonra (bu barədə dünən məlumat vermişdik – red.) “Zirə” də futbolçuya görə nəzərdə tutulan vergilərin hamısının ödənildiyini bildirir.
Görünən odur ki, vergi borcunun yaranmasına səbəb haitili müdafiəçinin şəxsi işləridir. Onun Polşada “77collectiondonaldguerrier” adlı geyim şirkətinin olduğunu nəzərə alsaq, bu, mümkündür. Bəlkə də onun hansısa biznes işləri ilə əlaqədar borcları yaranıb.
Məhkəmənin qərarı və vergilərin nəyə görə ödənilmədiyi isə aprelin 17-də rəsmən açıqlanacaq.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları