Digər idman növləri
Güləşçimiz DÇ-nin finalına yüksəldi, Olimpiadaya lisenziya qazandı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, üçüncü yarış günündə 3 güləşçimiz mübarizəyə qoşulub.
Alyona Kolesnik (59 kq) monqolustanlı Bolortuya Xurelxuuya 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda çinli Qi Janqa “tuş”la məğlub olub.
Hacı Əliyev (65 kq) ilk 2 mərhələdə çinli Şaohua Yuan (10:4) və avstraliyalı Georgi Okorokov (9:2) üzərində inamlı qələbə qazanıb. Ancaq monqolustanlı Tulqa Tumur Oçirlə görüş gərgin mübarizə şəraitində keçib. Millinin kapitanı sonuncu xal prinsipinə əsasən (3:3) rəqibini məyus edərək 1/4 finala yüksəlib. Ancaq yarımfinalın bir addımlığında ermənistanlı Vazgen Tevanyana uduzub – 2:12.
Maqomedxan Maqomedov (97 kq) əvvəlcə serbiyalı Strahinja Despiçə heç bir şans tanımayıb – 7:0. Yığma üzvü türkiyəli İbrahim Çiftçini də 4:0 hesabıyla üstələyərək adını 1/4 finala yazdırıb. Bu mərhələdə almaniyalı Erik Tileyə “tuş”la qalib gələn Maqomedov yarımfinala adlayıb. Maqomedxan son Avropa çempionatının finalında məğlub olduğu gürcüstanlı Givi Matçaraşvilidən də revanş alıb – 6:1. Beləliklə, dünya çempionatının finalına yüksələn Maqomedov Paris Olimpiadasına lisenziya qazanan ilk güləşçimiz olub. Təmsilçimiz sabah həlledici görüşdə bəhreynli Axmad Tajudinovla qarşılaşacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-13 18:00
“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç
- Ölkə futbolu2024-07-13 00:40
“Oyunçular onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar”
- Digər idman növləri2024-07-13 16:46
Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı