Digər idman növləri
Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”
Gürcüstanlı boksçu Laşa Quruli, Avropa çempionatının finalında rusiyalı Tərxan İdiqovla döyüşə çıxmamaq üçün ona böyük pul təklif edildiyini bildirib.
“Döyüşdən bir gün əvvəl bizə böyük pul təklif edildi. Onlar mənim rinqə çıxmağımı istəmirdilər. Mənim etirazımı eşitdikdən sonra nəyin bahasına olursa-olsun qələbə qazanacaqlarını bildirdilər.
Görüşdə strategiyam məsafədən döyüşmək idi. İlk raundu rusiyalı açıq-aşkar uduzmuşdu. Hakimlərin xalı mənə verəcəklərindən başqa yolu yox idi. Bu səbəbdən də 4:1 onun öndə olduğunu görəndə şoka düşdüm”, – deyə Quruli qeyd edib.
Xatırladaq ki, Qurulu hakimlərin ədalətsizliyinə görə döyüşü yarımçıq dayandırıb.
- Ölkə futbolu2024-07-24 02:35
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-24 08:52
“Neftçi” onun üçün 500 min dollar təklif edib
- Ölkə futbolu2024-07-24 09:24
“Qarabağ” “Qalatasaray”ı ötdü – avrokubokun son 10 ilinə görə
- Ölkə futbolu2024-07-24 08:17
“Neftçi”nin hədəfindəki futbolçu: “Gələcəyimdən əmin deyiləm”