Dünya futbolu
Gürcüstanın U-21 millisindən tarixi uğur
Gürcüstanın U-21 millisi gənclər arasında Avropa çempionatında uğurlu çıxışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, qonşu ölkənin yığması bu gün qrupda son oyununu keçirib.
Niderlandla 1:1 hesablı heç-heçə edən komanda 5 xalla A qrupunu lider kimi başa vurub.
Bununla da Gürcüstanın U-21 millisi tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə – 1/4 finala yüksəlib. 4 xalla qrupda 2-ci olan Portuqaliya da pley-off-da oynamaq hüququ qazanıb. Niderland 3 xalla qrupda 3-cü, Belçika isə 2 xalla sonuncu olub.
Xatırladaq ki, gənclər arasında Avropa çempionatı Gürcüstan və Rumıniyada keçirilir.