Digər idman növləri
Həlledici mərhələ başlayır
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan Basketbol Liqasında həlledici mərhələyə start verilir.
Futbolinfo.az xəbər verir ki, bu gün “Xırdalan” və “NTD-İndiqo” komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gələcəklər.
“Sərhədçi” İdman Mərkəzində reallaşacaq qarşılaşma saat 19:30-da start götürəcək.
Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək.
Sabah final seriyasının ilk oyununda “Xəzri” və “Sabah” kollektivləri qarşılaşacaqlar.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)