Bizi izləyin

Müsahibə

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
blank

Azərbaycan milli komandasının sabiq qapıçısı Cahangir Həsənzadənin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” mövsümün əvvəlində çoxlu xal itkisi ilə üzləşəndə bəziləri Ağdam klubunun bu mövsüm asan çempion olmayacağını deyirdi. Ancaq “köhlən atlılar” sona 8 tur qalmış birincliyi təmin etdilər…

– “Qarabağ”ın mövsümün əvvəlindəki xal itkilərinin səbəbi var idi. Yeni oyunçular cəlb olunurdu, yeni heyət formalaşırdı. Bundan əlavə, avrokubok matçlarında bəzi futbolçular zədələrlə üzləşmişdi. Buna görə də baş məşqçi Qurban Qurbanov optimal heyətdən tez-tez istifadə edə bilmirdi. Bu səbəblərə görə “Qarabağ” xallar itirirdi. Amma gözləntilər o idi ki, “Qarabağ” bir müddətdən sonra öz oyununu tutub, qələbələri sıralayacaq. Elə də oldu və Ağdam klubu sona 8 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Hazırda ikinci elə bir komanda yoxdur ki, “Qarabağ”la rəqabət aparsın. Digər komandalar öz quruluş dövrlərini yaşayırlar, hələ stabil heyət qura, stabil oyun tapa bilmirlər.

– İkinci yer uğrunda gərgin mübarizə gedir. Bu mübarizədə hansı komandanı daha şanslı hesab edirsiniz?

– Doğrudur, digər komandaların əksəriyyəti ikinci yer və avrokuboklara vəsiqə üçün mübarizə aparır. Komandalar arasında xal fərqi çox azdır və qızğın mübarizə gedir. “Zirə”, “Neftçi” və “Sumqayıt”ı ikinci yerə ən real namizədlər sayıram. Düşünürəm ki, bu məsələ şəxsi oyunlarda həllini tapacaq.

– Sabiq komandanız “Neftçi” ölkə kubokunun yarımfinalında öz meydanında “Qarabağ”a 0:4 hesabı ilə uduzdu. Klubda rəhbər, məşqçi, futbolçu dəyişiklikləri baş versə də, bir xeyri yoxdur. “Neftçi”nin “Qarabağ”la başabaş mübarizə apara biləcək səviyyədə olması üçün hansı addımlar atılmalıdır?

– “Neftçi” bir müddət öncə yeni məşqçi gətirib və Miodraq Bojoviç heyətdə, demək olar ki, böyük dəyişikliyə əl atmayıb. Zənnimcə, heç bir məşqçi qısa müddətdə köklü dəyişikliklər etmək iqtidarında deyil. Buna görə də “Neftçi” barədə çox danışmaq istəmirəm. Gözləyək, görək… Çox güman ki, yeni mövsümdə klubun atacağı addımlar özünü doğruldacaq. “Qarabağ”la rəqabət aparmaq üçün “Neftçi”də ilk növbədə stabillik olmalı, futbolçuların keyfiyyətinə daha çox fikir verilməlidir.

– “Sabah” yeni baş məşqçisi Krunoslav Renduliçin rəhbərliyi altında ardıcıl 2-ci oyunda məğlub oldu. Sizcə, Renduliç paytaxt klubuna uğurlar qazandıra biləcək səviyyədə məşqçidir?

– “Sabah”a da yeni baş məşqçi gəlib. O da böyük miqyasda dəyişikliklərə əl ata bilməyib. Hələ olan futbolçularla davam etməlidir. Görünür ki, öz fəlsəfəsini ortaya qoymaq istəyir. Nə qədər alınır, nə qədər alınmır – bunu demək asan deyil. İlk turlarda qalib gəlsələr də, son oyunlarda istədiyi nəticəni əldə edə bilmirlər. Amma düşünürəm ki, baş məşqçi gələcək uğurların zəminini indi hazırlayır. Növbəti mövsümə başlayanda artıq bütün futbolçular barədə konkret fərdi fikirləri olacaq, bu da ona yeni komanda qurmaq işində yardımçı olacaq.

– “Araz-Naxçıvan”da Azər Bağırovun istefa verəcəyini gözləyirdinizmi? Komandanı bundan sonra Elmar Baxşıyev çalışdıracaq. Bu təyinatla bağlı nə deyə bilərsiniz?

– Azər Bağırovun istefasını gözləmirdim. Çünki ilk mövsüm üçün qarşıya qoyulan minimum məqsədə çatdı. Premyer Liqada yerlərini bərkitdilər. Amma ola bilsin ki, baş məşqçinin klub qarşısında, ya da klubun baş məşqçi qarşısında hər hansı öhdəliyi olub və bu öhdəliklər yerinə yetirilməyəndə ayrılıq baş verir. O ki qaldı Elmar Baxşıyevin təyinatına, düşünürəm ki, yaxşı seçimdir. Elmar kifayət qədər keyfiyyətli məşqçidir, öz dəst-xətti var. “Qəbələ”də özünü yaxşı tərəfdən göstərə bilib. Ümid edirəm ki, Elmar bu mövsümün qalan oyunlarında “Araz-Naxçıvan”ın xal ehtiyatını artıra biləcək. Onun üçün də ən vacib məsələ növbəti mövsümün komandasını qurmaq olacaq.

– Sonuncu pillədə qərarlaşan “Qəbələ” Kaxaber Sxadadzeni gətirəndən sonra da məğlubiyyətləri sıralayır. Görünən odur ki, “qırmızı-qaralar” mövsümü sonuncu pillədə bitirəcək. Premyer Liqa klublarının sayının artırılması və “Qəbələ”nin də elitada qalmasını istərdiniz?

– Sözsüz ki, “Qəbələ”nin son pillədə olması ürəkaçan deyil. Çünki bu klubun kifayət qədər yaxşı infrastrukturu var. Bu və qısa zamanda böyük nəticələr əldə olunması ümid verirdi ki, “Qəbələ” artıq öz yerini Azərbaycan futbol xəritəsində möhkəmləndirəcək. Təəssüflər olsun ki, hazırkı vəziyyət ürəkaçan deyil, 1-ci liqaya düşmək təhlükəsi “Qəbələ”nin üzərindən çəkilməyib. Klub rəhbərliyi yeni məşqçi gətirdi. Amma görünən odur ki, o da gedişata təsir edə bilmir. Halbuki gözlənilirdi ki, komanda ən azından “qara zolaq”dan çıxsın və ümid versin ki, növbəti turlarda müsbət nəticə olacaq. “Qəbələ”nin oyununu əvvəldən də bəyənirdim, yaxşı oynayırdılar. Amma bu mövsüm müsbət nəticə qazana bilmədilər. Düşünürəm ki, 1 tur da şansları var. Əgər bu turda da məğlub olsalar, zənnimcə, Premyer Liqada qalmaq şansları heçə enəcək.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-13 23:13

“Sumqayıt”da monteneqrolu hücumçu

blank
Ölkə futbolu2024-07-13 23:00

“Sabah”dan Sloveniyada növbəti heç-heçə

blank
Ölkə futbolu2024-07-13 22:35

“Turan Tovuz” Türkiyəyə yollanacaq

blank
Ölkə futbolu2024-07-13 21:21

“Zirə” – “Şerif” oyununun biletləri satışa çıxarılrır

blank
Ölkə futbolu2024-07-13 21:00

“Neftçi” qələbə ilə başladı

blank
Ölkə futbolu2024-07-13 20:42

“Kəpəz” malili hücumçu ilə gücləndi

blank
Ölkə futbolu2024-07-13 20:29

“Səbail”dən Super Liqa klubu ilə heç-heçə

blank
Digər idman növləri2024-07-13 20:04

Millimiz finala yüksəldi

blank
Dünya futbolu2024-07-13 19:40

“Beşiktaş”da italiyalı hücumçu

blank
Dünya futbolu2024-07-13 19:20

Fransa millisinin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda

blank
Digər idman növləri2024-07-13 19:00

MBA tarixinin ən böyük güzəşti

blank
Ölkə futbolu2024-07-13 18:41

“Sumqayıt”ın rəqibi yoxlama görüşündə qələbə qazandı

blank
Digər idman növləri2024-07-13 18:20

AÇ: Millimizdən növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-07-13 18:00

“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç

blank
AÇ-20242024-07-13 17:38

Yamal ad gününə anasından istədiyi hədiyyəni açıqladı

blank
Digər idman növləri2024-07-13 17:19

Lebronun oğlu ilk oyunda cəmi 8 xal topladı

blank
Dünya futbolu2024-07-13 17:00

“Roma”dan yeni transfer

blank
Digər idman növləri2024-07-13 16:46

Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı

blank
Dünya futbolu2024-07-13 16:30

“Mançester Siti” hücumçusunu satdı

blank
Ölkə futbolu2024-07-13 16:11

“Sumqayıt”da növbəti ayrılıq

blank
Ölkə futbolu2024-07-13 15:49

“Çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2024-07-13 15:12

“Kəpəz” hazırlığın növbəti mərhələsinə start verib

blank
Dünya futbolu2024-07-13 14:44

“Napoli”dən növbəti transfer

blank
Dünya futbolu2024-07-13 14:15

“İnter”də ilk iranlı hücumçu

blank
Digər idman növləri2024-07-13 13:46

Azərbaycan şahmatçıları 5-ci Avropa Universitet Oyunlarında birinci yeri tutublar

blank
Dünya futbolu2024-07-13 13:17

Fransalı sabiq futbolçuya 12 aylıq şərti həbs cəzası

blank
Ölkə futbolu2024-07-13 12:48

“Səbail” Türkiyə klubuna qarşı

blank
Ölkə futbolu2024-07-13 12:19

“Sabah”ın Sloveniyada üçüncü sınağı

blank
Digər idman növləri2024-07-13 11:51

AÇ: Yığmalarımız yarımfinal görüşlərinə çıxacaq

blank
Ölkə futbolu2024-07-13 11:26

“Neftçi” Super Liqa klubu ilə üz-üzə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm