Ölkə futbolu
“Həm “Beşiktaş”, həm də “Sabah” bu oyunun keçirilməsində maraqlıdır”
“Sabah”la “Beşiktaş” arasında planlaşdırılan xeyriyyə matçı baş tutacaq. Tərəflər dəqiq tarixi müəyyənləşdirməsə də, hər iki klubun rəsmiləri görüşün reallaşmasında israrlıdır.
Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə baş tutacaq oyunun apreldə reallaşması nəzərdə tutulmuşdu. İlkin variant kimi bu ayın son ongünlüyü komandalar Bakıda üz-üzə gəlməli idi. Ehtimal hələ də qalır, amma zamanın dəyişməsi mümkündür. Hətta mayda da olsa, qardaş ölkələrin klubları üz-üzə gələcək.
İstanbul klubu eyni məqsədlə sabah “Atletiko”nu qəbul edəcəyindən hazırda əsas diqqət bu matçdadır. İspaniya təmsilçisi ilə görüşdən sonra yenidən Bakı səfəri aktuallaşacaq.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov da oyunun keçirilməsinin planda olduğunu deyir: “Beşiktaş”la xeyriyyə matçının keçirilməsi ilə bağlı danışıqlar davam edir. Əsas məsələ hər iki tərəfə uyğun vaxtın müəyyən edilməsidir. Türkiyədə baş vermiş zəlzələdən sonra çempionatda müəyyən fasilə yaranmışdı. Bununla bağlı Super Liqanın təqvimində müəyyən dəyişikliklər edilib. “Beşiktaş”ın “Atetiko” ilə yoxlama oyununun bizim matçın keçirilməsinə hər hansı təsiri yoxdur. Çünki bu matçın keçiriləcəyi tarix fərqlidir. Onsuz da klublar arasında danışıqlarda matçın aprelin 20-dən sonra keçirilməsi nəzərdə tutulurdu. Həm “Beşiktaş”, həm də “Sabah” bu oyunun keçirilməsində maraqlıdır. Bu məsələ ilə bağlı hər hansı yenilik olsa, ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Xatırladaq ki, ötən ay iki ölkənin lider komandaları – “Qarabağ” və “Qalatasaray” eyni məqsədlə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda reallaşan xeyriyyə matçı qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları