Bizi izləyin

Müsahibə

Haciyevski: “Mən “Bakı”da olanda ölkənin ən güclüsü biz idik”

blank
blank

Azərbaycan milli komandasını, həmçinin “Bakı” və “Simurq” klublarını çalışdırmış Qyoko Haciyevskinin futbolinfo.az saytına müsahibəsi

– Azərbaycandakı məşqçilik karyeranızı necə xatırlayırsınız?

– Çox gözəl xatırlayıram. Azərbaycanı ikinci evim saymışam. “Bakı”nı çalışdırdığım dönəm məşqçilik fəaliyyətimin ən yaxşı illəri sırasındadır. Bu klubla Azərbaycan çempionu olmuşam, yaxşı nəticələr qazanmışam. Həqiqətən də, həmin vaxt çox yaxşı komanda qurmuşduq. Təxminən 6 ay müddətində “Bakı” klubu ilə yanaşı, Azərbaycan yığmasını da çalışdırdım. Azərbaycan futbolunda böyük adlar sayılan Rəşad Sadıqov, Zaur Ramazanov, Zaur Tağızadə, Mahmud Qurbanov kimi oyunçuların baş məşqçisi olduğum üçün fəxr edirəm. Bir neçə futbolçunu milliyə geri qaytardım. Zaur Ramazanov, Zaur Tağızadə kimi oyunçular həmin vaxt əla formada olmaqlarına rəğmən, yığmaya çağırılmırdılar. Mən onların hər birinin yenidən millinin formasını geyinməsinə şərait yaratdım.

– Ölkəmizdə son olaraq “Simurq”a rəhbərlik etmisiniz…

– Bəli, 1 il “Simurq”un baş məşqçisi oldum. Həmin vaxt Zaqatala klubu maddi böhranla üzləşmişdi. Artıq “Simurq” yaxşı legionerlər gətirmək gücündə deyildi. Buna görə də biz yerli futbolçulardan ibarət komanda formalaşdırdıq. Həmin vaxt heyətimizin əsasını gənclər təşkil edirdi. Onlardan biri Elvin Yunuszadə idi. Mən onu götürəndə 17 yaşı var idi. Daha sonra Yunuszadə çox yaxşı mərkəz müdafiəçisinə çevrildi, “Neftçi” və “Qarabağ” klublarında oynadı, həmçinin Azərbaycan millisinin şərəfini qorudu.

– Azərbaycandan kimlərlə əlaqəniz, ünsiyyətiniz davam edir?

– Nazim Süleymanov ən yaxın dostlarımdan biridir. Yaşar Seyidovla da ünsiyyətimiz davam edir. Bilirəm ki, indi aşağı liqada çıxış edən “Dinamo” klubunda çalışır. Azərbaycanda köməkçilərimdən olmuş Çudomir Çakarov hazırda “Qarabağ”da fitness məşqçisi, Borçe Xristov isə “Zirə”də Rəşad Sadıqovun köməkçilərindən biri kimi fəaliyyət göstərir. Onların hər biri yaxın dostumdur və indinin özündə də danışığımız davam edir. Faiq Əzizovun da adını çəkməliyəm. O, Səudiyyə Ərəbistanında köməkçilərimdən biri olub. Bundan öncə isə Azərbaycan millisində mənimlə birgə çalışıb. Dostlarımın sayəsində mütəmadi olaraq Azərbaycan futbolunda baş verənlərdən xəbər tuturam.

– Azərbaycan futbolunu izləyirsiniz? Futbolumuzda nə kimi dəyişikliklər baş verib?

– Çempionatdan çox milli komandanın oyunlarına baxmışam. Çünki liqa ilə müqayisədə yığmanın matçlarını tapmaq daha asandır. Amma hər şeydən xəbərim var. “Zirə” çox ciddi komandaya çevrilərək çempionatdakı rəqabətin artmasına səbəb olub. Liqada ən səviyyəli oyunu isə “Qarabağ” göstərir. “Qarabağ”ın avrokubok matçlarını da diqqətdə saxlayıram. Qurban Qurbanov köməkçiləri ilə birlikdə çox böyük uğurlar qazanıb. Onun bacarığı və seleksiya qabiliyyəti sayəsində “Qarabağ” son 10 ildə Azərbaycan futbolunda dominantlıq edir. Hər il avrokubokların qrup mərhələsində oynamaq asan iş deyil. İl ərzində bu qədər beynəlxalq matç keçirmək “Qarabağ”ın təcrübəsini daha da artırır. “Neftçi” son illərdə yalnız 1 dəfə ölkə çempionu ola bilib. Açığı, “Neftçi”nin zəif çıxışı məni təəccübləndirir. Çünki mən onlardan uğurlu nəticələr gözləyirdim. Uğursuz çıxışlarının səbəbini bilmirəm. “Neftçi” ölkənin köklü klubudur. Azərbaycan futbolunda böyük adların əksəriyyəti vaxtilə “Neftçi”də oynayıb.

– Sizin ölkəmizdə çalışdığınız vaxtla indini müqayisə etsək, Azərbaycan çempionatının səviyyəsi artıb, ya azalıb?

– Liqanın mən çalışdığım dönəmlə müqayisədə inkişaf etdiyini düşünmürəm. Çünki mənim vaxtımda Azərbaycanda bir çox klub çempionluq mübarizəsi aparırdı. Həmin vaxt hər komandada 10-dan çox səviyyəli legioner çıxış edirdi. Oyunlar daha sürətli və maraqlı keçirdi. Yadımdadır ki, “Bakı” ilə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəndə Tofiq Bəhramov adına Respublika stadionu tam dolurdu. Hətta oyunların birində tamaşaçı sayına görə ölkə futbolunda rekorda imza atmışdıq. “Ekranes”, “Levski” və “Bazel”lə matçlar yaddaşımdan silinməz. Həmin vaxt bütün azarkeşlər bu oyunlarla yaşayırdılar. Mən “Bakı”nı çalışdıranda ölkənin ən güclüsü biz idik. “Neftçi”, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” kimi komandalarda mübarizədə çempion olmağı bacarmışdıq. “Qarabağ” həmin vaxt indiki qədər güclü deyildi.

– Azərbaycanı tərk etdikdən sonra ölkəmizdən sizə heç təklif gəlibmi?

– Xeyr, son 10 ildə Azərbaycandan heç bir təklif almamışam. Açığı, buna özüm də çox təəccüblənirəm. Çünki ölkənizdə çox yaxşı nəticəyə imza atmışam. Azərbaycanı hamı ilə dost münasibətində tərk etmişəm. Bunlara rəğmən, təklif almamağımın səbəbini bilmirəm. Əvəzində bu illər ərzində Səudiyyə Ərəbistanında çalışmışam. Bir çox məşqçi bundan razı qalar. Səudiyyə Ərəbistanı işləmək üçün yaxşı ölkədir. Son illərdə dünyanın ən güclü futbolçuları Səudiyyə Ərəbistanına axın edirlər. 9 il bu ölkədə çalışmaq hər məşqçinin bacaracağı iş deyil. Bunun üçün ortaya iş qoymalısan, şəxsi keyfiyyətlərin yüksək səviyyədə olmalıdır.

– Canni de Byazinin gedişindən sonra Azərbaycan yığmasının baş məşqçisi postu boş qalıb. Sizcə, bu vəzifəyə yerli mütəxəssis gətirilməlidir, ya əcnəbi?

– Şəxsi fikrimdir ki, yığmada əcnəbi məşqçiyə ehtiyacınız yoxdur. Çünki seçmə mərhələdə 5-6, maksimum 7-8 xal qazanmaq üçün çoxlu pul xərcləyib xarici məşqçi gətirmək vacib deyil. Özünüzün güclü mütəxəssisləriniz var. Qurban Qurbanov, Rəşad Sadıqov, Arif Əsədov, Nazim Süleymanovun adını çəkə bilərəm. Onların hər biri millini çalışdırmağa layiqdir və hazırdır. Bəzi məşqçilərin adlarını unuda bilərəm, buna görə üzr istəyirəm. Məni tanıyanlara Azərbaycanın yaxşı ölkə, Bakının gözəl şəhər olduğunu deyirəm və onlara ölkənizə səfər etməyi məsləhət görürəm. Yenidən Azərbaycanda çalışmağa, futbolunuzun inkişafına kömək etməyə hazıram. Bir çox xarici ölkədə çalışmışam, amma onların heç də hamısında özümü xoşbəxt hiss etməmişəm. Azərbaycan isə bu mənada ən yaxşılardan olub. Ümid edirəm ki, “Bakı” klubu yenidən fəaliyyətini bərpa edər. Bu klub mənim ürəyimdədir.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
AÇ-20242024-07-14 09:00

İspaniya İngiltərəyə qarşı – Avropa çempionu kim olacaq?

blank
Ölkə futbolu2024-07-14 08:00

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Ölkə futbolu2024-07-14 00:41

“Kocaelispor” Şeydayevin ayrılığını rəsmən açıqladı

blank
Digər idman növləri2024-07-14 00:13

AÇ: Yığmamız mübarizəni dayandırdı

blank
Ölkə futbolu2024-07-13 23:13

“Sumqayıt”da monteneqrolu hücumçu

blank
Ölkə futbolu2024-07-13 23:00

“Sabah”dan Sloveniyada növbəti heç-heçə

blank
Ölkə futbolu2024-07-13 22:35

“Turan Tovuz” Türkiyəyə yollanacaq

blank
Ölkə futbolu2024-07-13 21:21

“Zirə” – “Şerif” oyununun biletləri satışa çıxarılrır

blank
Ölkə futbolu2024-07-13 21:00

“Neftçi” qələbə ilə başladı

blank
Ölkə futbolu2024-07-13 20:42

“Kəpəz” malili hücumçu ilə gücləndi

blank
Ölkə futbolu2024-07-13 20:29

“Səbail”dən Super Liqa klubu ilə heç-heçə

blank
Digər idman növləri2024-07-13 20:04

Millimiz finala yüksəldi

blank
Dünya futbolu2024-07-13 19:40

“Beşiktaş”da italiyalı hücumçu

blank
Dünya futbolu2024-07-13 19:20

Fransa millisinin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda

blank
Digər idman növləri2024-07-13 19:00

MBA tarixinin ən böyük güzəşti

blank
Ölkə futbolu2024-07-13 18:41

“Sumqayıt”ın rəqibi yoxlama görüşündə qələbə qazandı

blank
Digər idman növləri2024-07-13 18:20

AÇ: Millimizdən növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-07-13 18:00

“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç

blank
AÇ-20242024-07-13 17:38

Yamal ad gününə anasından istədiyi hədiyyəni açıqladı

blank
Digər idman növləri2024-07-13 17:19

Lebronun oğlu ilk oyunda cəmi 8 xal topladı

blank
Dünya futbolu2024-07-13 17:00

“Roma”dan yeni transfer

blank
Digər idman növləri2024-07-13 16:46

Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı

blank
Dünya futbolu2024-07-13 16:30

“Mançester Siti” hücumçusunu satdı

blank
Ölkə futbolu2024-07-13 16:11

“Sumqayıt”da növbəti ayrılıq

blank
Ölkə futbolu2024-07-13 15:49

“Çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2024-07-13 15:12

“Kəpəz” hazırlığın növbəti mərhələsinə start verib

blank
Dünya futbolu2024-07-13 14:44

“Napoli”dən növbəti transfer

blank
Dünya futbolu2024-07-13 14:15

“İnter”də ilk iranlı hücumçu

blank
Digər idman növləri2024-07-13 13:46

Azərbaycan şahmatçıları 5-ci Avropa Universitet Oyunlarında birinci yeri tutublar

blank
Dünya futbolu2024-07-13 13:17

Fransalı sabiq futbolçuya 12 aylıq şərti həbs cəzası

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm