Digər idman növləri
Hakim məhkəməyə verilməklə hədələndi
“Uimbldon” tennis turnirində maraqlı hadisə baş verib. Londonda havanın yağışlı olması bir sıra oyunlara öz təsirini göstərib. Bəzi hallarda yağışın az olması oyunun davam etməsi ilə nəticələnib.
İlk raundun oyununda məhz belə hadisə baş verib. İki italyan tennisçinin qarşılaşmasında kort yüngül nəm olsa da, bu, idmançılara maneçilik törədib. Onlar bir neçə dəfə sürüşüb yıxılıblar. Lakin hakim oyunun dayandırılması qərarını verməyib. Belə olan halda Mario Berrettini hakimə yaxınlaşaraq onu hədələyib.
“Əgər zədələnsəm, sizi məhkəməyə verəcəyəm. Bununla razısınız? Siz bizim oynamağımızı istəyirsiz. Əgər hər dəfə yıxılırıqsa, bu təhlükəli olmaq deməkdir”, – deyə italyan tennisçi iradını bildirib.
Qeyd edək ki, Marionun bu hərəkətindən sonra hakim oyunu saxlamaq məcburiyyətində qalıb. Oyunun dayandırılma anında Berrettini həmyerlisi Soneqo üzərində hesabda öndə olub – 6:7, 6:3, 7:6, 1:1.