Dünya futbolu
Tuhel: “Mən məsuliyyət daşıyıram”
“Bayern” tarixində ilk dəfə doğma meydanda “Frayburq”a uduzub. Bu, ölkə kubokunun 1/4 final mərhələsinin oyununa təsadüf edib.
1:2 hesablı məğlubiyyət Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxelin yeni komandasında ikinci matçı olub. “Bayern” bu rəqibə qarşı evdə keçirdiyi əvvəlki 23 görüşdə 20 qələbə və 3 üç heç-heçə əldə etmişdi.
Tuhel turnirdə mübarizəni dayandırdıqları oyunu şərh edib: “Frayburq” qapıya iki zərbədən iki qol vurdu. Rəqibin digər qol şanslarını xatırlamıram. Yaxşı imkanlarımız oldu, amma həmişə son ötürmə, düzgün qərar, dəqiqlikdən biri çatışmırdı. Rəqib çox yaxşı müdafiə olundu. Ona görə də təzyiq göstərməyə davam edə bilmədik. Biz hesabda önə keçdik, sonra daha iki-üç şansımız oldu. Xüsusilə Tomas Müllerin yaxşı şansı var idi. Ancaq günahkar yalnız özümüzük. Öz meydanında 1/4 final mərhələsində turniri tərk etmək böyük məyusluqdur. Birlikdə qalib gəlirik, birlikdə uduzuruq. Bəli, məşqçilər heyətinin vaxtı az idi, amma məğlubiyyətə görə mən məsuliyyət daşıyıram. Nəyin səhv olduğunu təhlil etməli və növbəti matça hazırlaşmalıyıq”.
Qeyd edək ki, martın 24-ü “Bayern”in baş məşqçisi təyin olunan Tuhel Münhen klubu ilə ilk görüşündə Bundesliqada Dortmund “Borussiya”sına 4:2 hesabı ilə qalib gəlmişdi.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda