Dünya futbolu
“Hakken” Bakıya baş məşqçisiz gələcək
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken”də gözlənilməz ayrılıq baş verir.
Futbolinfo.az saytı İsveç mətbuatına istinadən xəbər verir ki, adıçəkilən komandanın baş məşqçisi Per-Matias Höqmo vəzifəsindən ayrılmaq qərarına gəlib.
Norveçli mütəxəssis qərarını artıq rəhbərliyə və komandaya bildirib. Çünki 64 yaşlı mütəxəssis karyerasını başqa klubda davam etdirəcək. Düzdür, Höqmo İsveç millisində çalışmaq təklifi də alıb. Lakin o, Yaponiyanın “Urava Red Diamonds” klubunun təklifini müsbət cavablandırıb.
“Urava Red Diamonds” AFC Çempionlar Liqasının hazırkı çempionudur və bu ay keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edəcək. Bu üzdən rəhbərlik ən qısa müddətdə yeni baş məşqçisini təyin etmək niyyətindədir. Höqmonun “Hakken”dən ayrılması isə bu həftənin sonuna qədər rəsmiləşəcək.
İsveçdə mövsüm başa çatıb və “Hakken” 3-cü yeri tutub. Komandanın indi yalnız “Qarabağ”a qarşı Avropa Liqasının son görüşü qalıb. Höteborq təmsilçisinin heç bir iddiası qalmadığından, komandanı Azərbaycan çempionu ilə matça köməkçilərdən birinin çıxarması gözlənilir.
Qeyd edək ki, “Qarabağ” – “Hakken” oyunu dekabrın 14-də keçiriləcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 08:00
Eyforiyaya qapılmadan
- Müsahibə2024-07-12 09:22
Julio Romao: “Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik”
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
- Dünya futbolu2024-07-12 11:02
Mbappenin təqdimatına 100 min adam gəlmək istəyir