Dünya futbolu
Haland Maneni ötüb Nistelroya çatdı
Erlinq Haland rekorda doymur. Norveçli hücumçu dünən daha iki göstəricidə nəticələrini yaxşılaşdırdı.
Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”nin Çempionlar Liqasının cavab 1/4 final matçında hesabı (1:1) açan forvard tarixə düşdü. O, bu yarışın pley-offlarında özünün ilk 10 oyununda 13-cü qolunu vurdu. Əvvəlki rekord 9 qollu Sadio Maneyə aid idi. Bu göstəriciyə “Liverpul”da çatmış seneqallı dünən Halandın onun göstəricisini üstələməsini ehtiyatda izləyirdi. Münhenlilərin futbolçusu yalnız ikinci hissədə meydana çıxdı.
Erlinq bu qolla Ruud van Nistelroyun göstəricisinə də çatdı. 2002/23 mövsümündə niderlandlı hücumçu “Mançester Yunayted”in heyətində 12 dəfə fərqlənmiş, bir İngiltərə klubunun ÇL-ən yüksək nəticəsini göstərmişdi. Haland da br mövsümdə eyni sayda qol vurmağı bacarıb, hələ rekord qırmaq üçün azı daha 2 oyunu var.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var