Dünya futbolu
Halanddan daha bir yeni rekord
“Mançester Siti”nin hücumçusu Erlinq Haland daha bir uğura imza atıb.
Futbolinfo.az xəbər verir ki, norveçli futbolçu Çempionlar Liqasının 1/4 finalında “Bayern”ə qarşı keçirdikləri ilk oyunda (3:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla da o, cari mövsümdə bütün turnirlər çərçivəsində vurduğu qolların sayını 45-ə çatdırıb. Nəticədə Haland İngiltərənin rekordçusuna çevrilib. Belə ki, ona qədər Premyer Liqanın heç bir təmsilçisinin futbolçusu bir mövsümdə bu qədər qola imza atmayıb. Əvvəlki rekord Ruud van Nistelroy (“Mançester Yunayted”) və Məhəmməd Salaha (“Liverpul”) məxsus idi. Nistelroy 2002/03, Salah isə 2017/18 mövsümündə 44 qola imza atıb.
Haland həm də “Bayern”ə qarşı keçirdiyi oyunlarda uğursuz seriyadan qurtulub. O, Dortmund “Borussiya”sının heyətində Münhen təmsilçisinə qarşı meydana çıxdığı əvvəlki 7 matçın hamısında uduzmuşdu. Norveçli oyunçu nəhayət 8-ci oyununda, amma “Mançester Siti”nin heyətində qələbəyə sevinən tərəf olub.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları