Bizi izləyin

Ölkə futbolu

Heç-heçələr günündə bəxtli qonaqlar

blank
blank

Qış yaxşınlaşdıqca Misli Premyer Liqasında mübarizə bir az da gərginləşir. Komandalar bir-birinə güzəşt etmək istəmir və fasiləyədək mümkün qədər çox xal toplamağa çalışır.

Heç-heçə məğlubiyyətdən yaxşıdır, amma bəzən on da üzülməli olursan. Elə 15-ci turun dünənki matçları da belə oldu. Yəqin ki, “Araz-Naxçıvan” və “Turan Tovuz” qazanılan bir xala sevinməyi unudub itirilən xalların xiffətini çəkir. Çünki sərgilənən futbola görə hər iki meydan sahibi qələbəyə layiq idi.

Mərdəkandakı matçın böyük bölümündə üstün futbol sərgiləyən naxçıvanlılar rəqibinə göz açmağa imkan vermədi. Komanda hesab açılandan sonra saysız şansları boşa verincə isə futbolun yazılmamış qanunu işə düşdü. Həm də “Səbail” qolu özü də vurmadı, “Araz-Naxçıvan”ın müdafiəçisi ehtiyatsızlıqdan öz qapıçısını məyus etdi.

Bir ara zəif oynayan “Araz-Naxçıvan” böhranlı günləri geridə qoyub. Komanda dünən qələbə qazana bilməsə də, futbolu ilə ümid verdi. Mövsümün ən məhsuldar komandalarından olan “dənizçilər”ə epizod verməyən muxtar respublika təmsilçisi qonşusunu turnir cədvəlində qabaqlamaq üçün hər şey etdi. Qol vurmaq seriyası ötən tur bitən “Səbail” isə eyni taleyi yenə yaşamağa yaxın idi. Lakin avtoqol onları xilas etdi.

Tovuzdakı matçın ssenarisi fərqli oldu. Oyuna əla başlayan meydan sahibləri azı iki real şansı boş verincə, “Sumqayıt” standart vəziyyətdən hesabı açdı. Yenidən toparlanan “Turan Tovuz” cavab üçün önə atılınca əks-hücumda daha bir top buraxdı. Bəlkə də fasilə olmasaydı, başıalovlu irəli atılan qərbllər növbət qolları buraxacaqdı.

Fasilədə oyunçulara göstəriş verən, eyni zamanda əvəzetmələrə əl atan Ayxan Abbasov gedişatı dəyişə bildi. Qısa müddət ərzində hesab bərabərləşdi, tovuzlular dəqiq oynaya bilsəydi, hətta böyükhesablı qələbə də qeydə alına bilərdi. Amma bunu bacarmadılar, belədə matçın son dəqiqələri “Sumqayıt”ın diqtəsi ilə keçdi.

“Turan Tovuz” məğlubiyyət seriyasını qıra bildi, “Sumqayıt” isə enişə davam edir. Komanda 3-cü pillədə qalsa da, bir ara yığdığı sürətdən əsər-əlamət yoxdur. Yəqin tezliklə Samir Abasovun yetirmələrini liderlər qrupundan kənarda görəcəyik. Qərblilərə gəlincə, hər nə qədər xal qazanılsa da, qələbəsizlik komanda üzərində təzyiq yaradır. Autsayderlər qrupundan uzaqlaşa bilməmək qorxusu futbolçularda tələskənliyə səbəb olur. Üstəlik, tovuzlular çox bəsit qollar buraxır, sonra vəziyyəti dəyişmək üçün güc itirirlər.

Bərabərliklər turnir cədvəlində dəyişikliyə səbəb olmadı. Tovuzdakı bərabərlik meydan sahiblərini “Sabah”dan önə atsa da, bakılılar eyni meydanda “Kəpəz”ə uduzmamaqla vəziyyəti dəyişə bilər. Lakin günün əsas oyunu paytaxt derbisi olacaq. “Zirə” uğurlu seriyasını davam etdrmək üçün növbəti imtahanını verəcək. Bugünkü matç “Neftçi” üçün də ciddi sınaqdır. Adrian Mutu laxlayan kreslosunu itirmək istəmirsə, qələbəyə nail olmalıdır. Əks halda, liderlərə yaxınlaşmaq üün önəmli fürsət əldən veriləcək.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-07-19 09:52

“Bayer” yeni hücumçu transfer etdi

blank
Dünya futbolu2024-07-19 09:37

Şmeyhel yenə oynayacaq

blank
Dünya futbolu2024-07-19 09:20

“Mançester Yunayted”dən növbəti transfer

blank
Ölkə futbolu2024-07-19 09:05

Kaçevskinin gözü önündə

blank
Ölkə futbolu2024-07-19 08:51

“Zirə” uduzdu, macarlar uzaqlaşdı

blank
Ölkə futbolu2024-07-19 08:35

Klubsuz futbolçular: kim nə düşünür?

blank
Digər idman növləri2024-07-19 08:17

Ağdaşda yubiley turniri

blank
Ölkə futbolu2024-07-19 08:00

Zirə(k) tərpənməyəndə…

blank
Dünya futbolu2024-07-19 02:15

Konfrans Liqasının 1-ci mərhələsinə yekun vuruldu

blank
Dünya futbolu2024-07-19 00:51

Avroliqa: “Şerif” “Elfsborq”a rəqib oldu

blank
Ölkə futbolu2024-07-18 23:56

Konfrans Liqası: “Zirə” Slovakiya klubu ilə qarşılaşacaq

blank
Ölkə futbolu2024-07-18 23:33

“Şerif”ə məğlubiyyət böyüməyimizə imkan yaradacaq” – Rəşad Sadıqov

blank
Ölkə futbolu2024-07-18 23:24

“Rəqibin qırmızı vərəqə alması oyuna təsir etdi” – Qura

blank
Ölkə futbolu2024-07-18 22:52

“Zirə” “Şerif”ə penaltilər seriyasında məğlub oldu

blank
Ölkə futbolu2024-07-18 22:18

“Qarabağ”ın “Linkoln”la ev matçının biletləri satışa çıxarılır

blank
Dünya futbolu2024-07-18 21:38

Fransa klubu baş məşqçisiz qaldı

blank
Dünya futbolu2024-07-18 21:19

Türkiyə Futbol Federasiyasında yeni prezident

blank
Dünya futbolu2024-07-18 21:00

Pepe Reynanın yeni klubu bəlli oldu

blank
Dünya futbolu2024-07-18 20:46

Obameyanqın Səudiyyə Ərəbistanı klubuna keçidi rəsmiləşdi

blank
Dünya futbolu2024-07-18 20:31

“Yuventus”da bir ayrılıq, bir yeni müqavilə

blank
Ölkə futbolu2024-07-18 20:17

“Turan Tovuz”dan ilk yoxlama oyununda heç-heçə

blank
Dünya futbolu2024-07-18 20:00

“Fiorentina”nın futbolçusu İngiltərə klubunda

blank
Digər idman növləri2024-07-18 19:44

Azərbaycan cüdoçularının olimpiadadakı proqramı açıqlandı

blank
Digər idman növləri2024-07-18 19:31

“Sabah”ın ÇL oyunları Antalyada baş tutacaq

blank
Dünya futbolu2024-07-18 19:16

Serbiyalı futbolçu yığma karyerasını başa vurdu

blank
Dünya futbolu2024-07-18 19:00

“Roma”da yeni qapıçı

blank
Dünya futbolu2024-07-18 18:45

20 yaşlı futbolçu dünyasını dəyişdi

blank
Digər idman növləri2024-07-18 18:32

“Ən azı iki dəfə olimpiya çempionu olmalıyam”

blank
Dünya futbolu2024-07-18 18:15

“Real”dan Vaskeslə yeni müqavilə

blank
Ölkə futbolu2024-07-18 18:00

“Kəpəz” üçün 3 sponsor

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm