Ölkə futbolu
Abdullayevin səhhəti pisləşdi, Gəncədə açılış mərasimi və İK-nın iclası təxirə salındı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Sabah Gəncədə reallaşdırılması planlanan tədbirlər Rövnəq Abdullayevə görə təxirə salınıb. AFFA prezidentinin səhhətinin pisləşməsi üzündən həm açılış mərasimi, həm də iclas başqa vaxta keçirilib.
Futbolinfo.az xəbər verir ki, Gəncədə AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının vaxtı müəyyən edilməli, həmçinin Azərbaycanın aşağı yaş qruplarından ibarət yığma komandalarına baş məşqçi təyinatları ilə bağlı müzakirələr aparılmalıydı. İcraiyyə Komitəsinin iclası yeni tədris mərkəzinin və “Kəpəz” Akademiyasının açılışından sonra reallaşmalı idi. Abdullayev bu mərasimlərə şəxsən qatılmaq istədiyi üçün tədbirlərin onsuz keçirilməməsi qərara alınıb. Yeni tarixlə bağlı əlavə məlumat veriləcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-14 15:00
“Qarabağ”ın qapıçısı zədələndi – 8 ay futboldan uzaq qalacaq
- AÇ-20242024-07-15 01:00
İspaniya yığması dördüncü dəfə Avropa çempionu oldu