Bizi izləyin

I Liqa

İK müəmması: Alessioyla müddətli, Stuxliklə müddətsiz müqavilə

blank

Dəyirman öz işindədi, çax-çax baş ağrıdır. Bu deyim AFFA rəhbərliyinin boyuna biçilib sanki. Tənqidə, haqsız sözə qarşı onlarda elə immunitet formalaşıb ki, dünya veclərinə deyil, bildiklərini edirlər.

Dünən AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında baş tutan növbəti iclasının qərarları açıqlanandan sonra buna bir daha əmin olduq. Qurum heç nə olmayıbmış kimi qərarlar verdi, növbəti vədlər toplusunu təqdim etdi və tənqid olunan sahələrdə heç bir islahat aparmadan təyinatlar rəsmiləşdirdi.

AFFA İntizam Komitəsinin sədri və üzvləri, Oyunçuların Statusu və Transferi Komitəsinin yeni Əsasnaməsi ciddi müzakirəsiz təsdiq olundu. Ən qəribəsi Frits Stuxlikin də Hakimlər Komitəsinin sədri vəzifəsində müqaviləsinin müddəti uzadılmasıdı. Ölkə futbolunda bu qədər biabırçılıq varkən, hakimlik ən bərbad dönəmini yaşayarkən avstriyalı ilə anlaşmanın yenilənməsi ayıbdı.

Deməli, icraçı vitse-prezident Elxan Məmmədov öz şərtlərini diqtə edir və himayədarlarına o qədər arxayındı ki, narazılıqlara fikir vermir. Əsas odur ki, Stuxlikin ölkə hakimliyinin inkişafı naminə deyil, Məmmədovun şəxsi maraqları üçün fəaliyyəti qənaətbəxşdi. Qərarda müqavilənin hansı müddətə uzadılması dəqiq göstərilməyib, deməli, istənilən vaxt müddətin üzərində gəzişmək, vəziyyətə uyğun açıqlama vermək mümkün olacaq.

Babək Quliyevin Hakimlər Komitəsinin üzvü olacağını hələ fevral ayında yazmışdıq. Elə ovaxtdan işin icrasına başlayan sabiq FIFA referisinin təyinatı yalnız indi rəsmiləşdi. Qərarda qəribə məqam Quliyevin vakant postu tutacağının yazılmasıdı. Bəs, vakant post necə yarandı, üzvlükdən gedən niyə, hansı səbəbə yola salındı – bütün bu sualların cavabı yoxdu. Yəqin İcraiyyə Komtəsində təmsil olunanlar Elçin Məmmədovu hansı hoqqalara görə vəzifəsindən uzaqlaşdırdığını elan etməyə utanıb. Axı, səbəblər açıqlansa, onların özü üçün də üzqızardan məqamlar aydınlaşacaq. Həmin Elçin elə İK üzvlərindən biri olan Zaur Axundovun himayəsinə sığınıbsa, onun yanında çalışırsa, adının hallanmaması məqbuldu.

Hakimlər üçün “Tofiq Bəhramov mükafatı”nın Əsasnaməsi təsdiqlənib, mükafatın 2021/22 mövsümündən etibarən təqdim olunması lazım bilinib. Səhv etmirəmsə, bu mükafat geridə qalan mövsümdə ilk sahibini tapmalıydı. Lakin il hakimlik adına o qədər biabırçı keçdi ki, mükafata hətta namizəd sayılacaq kimisə tapa bilmədilər.

Birinci divizionda limitlə bağlı qərar gözlənilən kimi oldu. 5 nəfər təvəllüdü 2000-ci ilə qədər olan, 6 nəfər yaş məhdudiyyəti olmayan futbolçu start heyətdə yer ala biləcək, 2 legionerin oynaması da mümkündü. Kəsəsi, aşağı liqa yenə uşaq çempionatına oxşar bir yarış olacaq. İllərdi diviziondan Premyer Liqaya heç kimin yüksəlməməsi, yarışın bataqlığa çevrilməsinin səbəbləri müzakirə edilmədi.

Əvəzedici komandası Birinci divizionda və qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klubların 2020/21 mövsümü üçün nəzərdə tutulan müvafiq cəriməsi COVİD-19 pandemiyası ilə əlaqədar ləğv olunub. Guya ki, pandemiya olmasaydı, cərimələr ödənəcəkdi. Bir də ki, koronavirusun… qulunca nə dəxli? COVİD-19 hamı üçün var idi, onu səbəb göstərib, “Zirə”, “Qəbələ” və “Səbail”i fərqləndirib bağışlamaq nəyə lazım? Görünür, cərimələri almağa AFFA-nın hünəri çatmayıb, ad qoymağı lazım biliblər.

Və ardınca daha öncəki illər verilmiş qərar yenidən xatırlanıb. Guya ki, 2021/22 mövsümündə əvəzedici komandası divizionda iştirak etməyənlər 150 min manat cərimələnəcək. Bu məbləğin 3 ay ərzində ödənilməsi şərt kimi qoyulub. Gedişatı izləyəcəyik, görək İcraiyyə Komitəsi qərarlarının reallaşmasında nə qədər sözübütöv olacaq? Klublara oyunların teleyayım hüququna görə illərdi ödəməli olduğu vəsati çatdırmayan, dili bu baxımdan qısa olan AFFA hansı haqla cərimə kəsəcək?

Əvəzedici komandası divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50 min AZN ödənilməsi də köhnə nağıldı. Bu məbləğdən imtina edən klublar xərclərin daha çox olduğunu və yarışın faydasızlığını əməli adımları ilə sübut ediblər. Belə kiçik məbləğlər yaraya məlhəm olmur. Qurum bu addımla pul ayırdığı klubları qorxutmaq istəyirsə, o başqa məsələ. Hər halda, xüsusilə “Zirə”ylə “Qəbələ”nin bu məsələyə hansı cavabı verəcəyini səbrsizliklə gözləyirik.

Pandemiya səbəbindən futzal üzrə ölkə çempionatının keçirilməməsi başadüşüləndi. Amma növbəti mövsüm futzal üzrə UEFA kubokunda çıxış edəcək klubun müəyyənləşdirilməsinin Futzal Federasiyasına tapşırılması doğru qərar deyil. Qitə yarışına gedən ən azı hansısa turnurdə müəyyən olunmalı, rəqabət şəraitində seçilməlidi. İK-nın da üzvü olan federasiya prezidenti Zaur Axundov püşk atası deyil, yəqin ki, sahibi olduğu “Araz”ı Avropaya göndərməklə işi həll edəcək.

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva ilə müqavilənin 1 il müddətinə uzadılması bəlkə də ən başadüşülən qərardı. Amma yenə yazının əvvəlindəki qeydlərimizi xatırlatmalı oluruq – müqavilə uzadılırsa, niyə Stuxlikdə müddət gizli saxlanılır, braziliyalıda isə konkret göstərilir? Xüsusi maraq, gizli sevgi yoxdusa, ikili standartın səbəbi nədi?

İcraiyyə Komitəsinin Məmmədovun ssenarisi üzrə işlədiyini sübut edən daha bir fakt Premyer Liqa komandalarının sayı ilə bağlıdı. İndiki tərkibin saxlanması dünən rəsmi təsdiqini tapdı, belə olacağını Elxan bəy hələ iki ay öncə demişdi. Deməli, “möhtərəm”in dilindən çıxan qanundu, İK üzvləri sadəcə, çəpik çalmaq, əl qaldırmaq üçündü.

Ölkə klublarının az qala 70-80 faizini maliyyələşdirən AFFA-nın divizion klublarından ikisinə sponsor tapmağa çalışacağı gözdən pərdə asmaq üçündü. Əvvəla, assosiasiyanın sponsor axtarışına çıxması qanunsuzluqdu – elə hansısa klublara pul paylaması kimi. İkincisi, sponsor tapmaq üçün ələ çıraq götürmək lazım deyil, yarışı cəlbedici etmək, haqsızlıqları, monopoliyanı aradan götürmək gərəkdi. Elitada komanda sayını 10-a çatdırmaq məqsədi güdən bu addım bəlkə də nəticə verəcək, lakin o zaman Elxan bəyin ilk istəyi həmin komandalarda hansısa qohumunun, dostunun vəzifə başına gətirilməsi olacaq. Bu təcrübə indi də var, AFFA-dan maliyyələşən komandaların rəhbərliyi mütləq Məmmədovun bığının altından keçib, ona xidmət edir. “Səbail”in taleyi komandanın baş məşqçisi ilə icraçı vitse-prezidentin görüşündə həll olunursa, hansı müstəqillikdən danışırıq?

İclasda o da məlumat verilib ki, “Turan Tovuz” Futbol Klubunun nəzdində inşa olunmuş Akademiyanın saxlanılması üçün 1 illik 400 min AZN vəsait tələb olunur. Bununla əlaqədar AFFA tərəfindən FIFA-ya müraciət ünvanlanıb, layihə müsbət dəyərləndirilib. Növbəti 3 il ərzində “Turan Tovuz” Futbol Klubunun nəzdindəki akademiya FIFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək. Lap yaxşı, təqdiəlayiq addımdı. Gələn il bu vaxt şəffaf hesabatı gözləyəcək, eyni zamanda il ərzində bu akademiyaya futboldan kənar kimlərin təyinat aldığını, orada hansı proseslərin reallaşdığını izləyəcəyik. Təbii ki, ən sonda “Bakı”, “Qəbələ” akademiyaları ilə müqayisəli nəticələrə baxıb tərifimizi əsirgəməyəcəyik.

Beləcə İK-nın daha bir iclası geridə qaldı. 14 ildi futbola zəli kimi daraşanlar, bir faizlik inkişafa nail olmayanlar çarxı döndərməyə davam edir…

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Premyer-liqa2024-04-12 20:08

“Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-12 19:21

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Digər idman növləri2024-04-12 19:00

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm