Ölkə futbolu
İK “Şamaxı” ilə bağlı qərar verdi: Premyer Liqa və I Divizionda 10, II Divizionda 12 komanda!
AFFA İcraiyyə Komitəsi gözlənilən qərarı verdi. Bu gün keçirilən iclasda Premyer Liqada komanda sayının dəyişməməsi lazım blindi.
Futbolinfo.az xəbər verir ki, rəsmi qərarlar bir az sonra açıqlanacaq. Amma dəqiqləşdirdik ki, “Şamaxı”nın Premyer Liqanı tərk etməsi, “Araz-Naxçıvan”ın elitaya gəlməsi rəsmiləşib. Yeni mövsümdə Premyer Liqada və I Divizionda hərəsində 10, II Divizionda 12 komanda mübarizə aparacaq.
Onu da öyrəndik ki, İK Gündəlikdə nəzərdə tutulan teleyayım məsələsinin müzakirəsinə etirazlar üzündən ehtiyac duymayıb.