Dünya futbolu
İkardi tarixə düşdü, “Qalatasaray” ilki yaşadı
Mauro İkardi Türkiyənin “Qalatasaray” klubunun tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu komandasının NEF stadionunda vurduğu 600-cü qolun müəllifi olub.
O, buna Türkiyə kubokunun 1/4 finalında “Başakşəhər”ə qarşı keçirdikləri oyunda nail olub. İkardi bu görüşün 51-ci dəqiqəsində fərqlənməklə komandasının 2-ci qoluna imza atıb. Lakin yekunda 2:3 hesabıyla uduzan “Qalatasaray” kubokda mübarizəni dayandırıb.
“Qalatasaray” cari mövsümdə bir ilki də yaşayıb. Okan Burukun rəhbərlik etdiyi kollektiv bu mövsüm ilk dəfə bir oyunda qapısından 3 top buraxıb.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda