Dünya futbolu
İlin yaxşı məşqçisi məlum oldu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Globe Soccer” mükafatına layiq görülüb.
Futbolinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.
Qvardioladan başqa, bu il mükafata namizədlər arasında Karlo Ançelotti (“Real”), Mikel Arteta (“Arsenal”), Simone İnzaqi (“İnter”), Marsel Koller (“Əl-Əhli”), Lionel Skaloni (Argentina millisi), Luçano Spalletti (İtaliya millisi), Xavi (“Barselona”) var idi.
Bu mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir. 2022-ci ildə bu mükafatı Karlo Ançelotti qazanıb.
Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəbərlik edir. O, karyerası ərzində “Barselona” və “Bayern”də da işləyib. Mütəxəssis FİFA tərəfindən də 2023-cü ilin ən yaxşı məşqçisi seçilib və “The Best” mükafatına layiq görülüb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-18 00:30
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 15:17
Püşk atıldı
- Ölkə futbolu2024-07-16 13:45
“Bu, komandamız üçün əla transferdir” – Qriqorçuk