Digər idman növləri
İlk finalçı müəyyənləşdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında ilk finalçı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Azərreyl” yarımfinalda MOİK-i üstələyərək, həlledici görüşdə iştirak hüququna yiyələnib.
İlk qarşılaşmada 3:0 hesablı qələbə qazanan “Azərreyl” cavab matçında da eyni nəticəni təkrarlayıb. Setləri 25:12, 25:18 və 25:14 hesablı üstünlüklə tamamlayan komanda çempionluq şansını davam etdirib.
Yarımfinalın digər cütündə “Murov Az Terminal” və “Neftçi” komandaları aprelin 18-də üz-üzə gələcəklər. Bu klubların ilk duelində “Murov Az Terminal” 3:0 hesabı ilə qələbə qazanıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 02:09
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 12:01
“Şerif”n iştirak ərizəsi açıqlandı
- Ölkə futbolu2024-07-10 12:31
“Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi”