Bizi izləyin

Müsahibə

İlqar Qurbanov: “Zirə”nin 5 qələbəsi təsadüf deyil”

blank
blank

Azərbaycan millisinin skautu İlqar Qurbanovun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasında 6-cı turun mərkəzi oyununda “Qarabağ” “Sabah”ı asanlıqla (2:0) məğlub etdi. Bu cür mübarizə gözləyirdiniz?

– “Sabah”ın son nəticələrinə baxsaq, “Qarabağ”ın rahat qələbə qazanacağını gözləyirdim. Oyun da göstərdi ki, “Qarabağ” çox üstündür, “Sabah” isə aciz idi. “Qarabağ” həmişə mövsümün əvvəllərində yavaş-yavaş formaya düşür və öz sistemini qaydasına salır.

– “Qarabağ”ın ideal formaya düşdüyünü demək olar?

– Hələ tam optimal formada deyillər. Yəqin ki, 2-3 həftəyə komanda pik formasında olacaq. Çünki yayda çox oyunçu satdılar, zədəli futbolçular oldu. Bunların hamısının təsiri olur. Yeni gələnlərin də uyğunlaşmağa, zamana ehtiyacı olur.

– Mövsümə çempionluq iddiası ilə başlayan “Sabah” indi 4 xalla son sıralarda qərarlaşıb. Belə çıxır ki, bu komanda ötən mövsüm Aleksey Kaşuk və Coy-Lens Mikelsdən asılı olub?

– Hazırda görünən budur. Xüsusən də Kaşukun gedişi komandanın gücünə 60-70 faiz təsir etdi. “Sabah”ın yaxşı keçirmədiyi bəzi matçları Kaşuk həll edirdi. Deməli, sistem hələ tam oturmayıb. Məsələn, “Qarabağ” zədəlilərdən, transferlərdən asılı olmayaraq, öz oyun üslubuna sadiq qalır, istədiyi qədər xallar qazanır. “Sabah”la görüş də göstərdi ki, “Qarabağ”ın yeni transferləri sanballı oyunçulardır. Az məbləğə gəlmədikləri görünür. Yəqin ki, bir müddət sonra onlar da formaya düşəcəklər. Bu mövsüm “Sabah”ın, “Neftçi”nin nəticələri mənim özümə də maraqlıdır.

– “Neftçi” demişkən, “ağ-qaralar” bu turda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub oldular. “Neftçi”dəki qeyri-stabilliyi nə ilə əlaqələndirirsiniz?

– “Neftçi”də qeyri-stabillik neçə ildir ki, var. “Neftçi”nin sadəcə, adı qalıb. Hamımız “Neftçi” adı ilə böyümüşük. Komanda əvvəlki əzəmətinə nə vaxt qayıdacaq, bunu zaman göstərəcək.

– Komanda formaya düşənə qədər çempionluq mübarizəsində gec olmayacaq?

– Yalnız “Qarabağ”ın lazımi qədər xallar toplayacağını əminliklə deyə bilərəm. Çünki mövsümə bundan da pis start götürən “Qarabağ” görmüşük. Ağdam klubu istisna olmaqla, digər komandalar oyun baxımından da ümid vermirlər. Artıq 6 tur keçib, ən azı nəsə görünməli idi. Amma komandalarda heç gözlədiyimiz sistemi görmürük.

– “Zirə” minimal hesablı qələbələrlə çempionata liderlik edir. Komanda son matçda “Sumqayıt”ı da 1 qolla üstələdi. “Zirə” bu oyun üslubu ilə sona qədər zirvə yarışında qala bilər?

– “Zirə” bu mövsüm tam fərqli sistemdə çıxış edir. Daha çox müdafiə futbolu oynayırlar, kompakt çıxış edirlər. İlk turlarda çoxları deyirdi ki, bəxtləri gətirir. Amma “Sumqayıt” önündə 12-ci dəqiqədən etibarən azlıqda qalsalar da, 80 dəqiqə ideal müdafiə olundular. Bu da o deməkdir ki, “Zirə”nin 5 qələbəsi təsadüf deyil. Əlbəttə ki, bütün mövsümü bu qaydada davam etmək çətin olar. Yəqin ki, Rəşad Sadıqovun planları var. Hər oyunu belə keçirmək çətindir. Yəni heç də bütün matçlarda ələ düşən azsaylı şansı dəyərləndirməyə bilərsən. “Qəbələ” ilə qarşılaşmada olduğu kimi. “Zirə”nin də bir neçə transferi var. Ən azı komanda çox yaxşı müdafiə oluna bilir.

– “Kəpəz”i səfərdə 3 cavabsız qolla üstələyən “Səbail” ardıcıl 3-cü qələbəsini qazandı. Demək olarmı ki, paytaxt təmsilçisi istədiyi məşqçini indi tapıb?

– Tam elə deməzdim. Baş məşqçiləri tanıdığımız mütəxəssisdir, illərdir Azərbaycan futbolunda çalışır. Qeyri-adi nəsə yoxdur.

– Amma komanda əvvəlki mövsümlərdən fərqli oyun sərgiləyir, uğurlu nəticələr qazanır…

– Çox fərqli saymazdım. Amma nəticə var. Onların büdcəsinə baxanda, bu nəticə normaldır. Çox yaxşı büdcəyə malikdirlər. Belə komandalar iddialı olmalıdır. Bizdə adətən uğursuzluq olanda sığortalayırlar. Sponsorların maliyyəni artırması yaxşı haldır. Onları futboldan küsdürmək olmaz. Yaxşı nəticələr qazanmaq lazımdır ki, sponsorlar futbolumuza gəlsinlər.

– “Turan Tovuz” öz meydanında “Qəbələ” önündə 2 top fərqi ilə önə keçsə də, bunu qoruya bilmədi. 2:0 öndə olan Tovuz klunun meydanı 2:2 hesabı ilə tərk etməsinin səbəbini nədə görürsünüz?

– Açığı, hesab 2:0 olanda “Turan Tovuz”un xal itirəcəyini gözləmirdim. Sərgilənən oyun da 2:2 hesabından xəbər vermirdi. Amma futboldur, arxayınlıq ola bilər. Ayxan Abbasovun komandasında bu cür hallar az olur. O, intizamı xoşlayan məşqçidir. “Qəbələ” üçün səfərdə 1 xal yaxşıdır. Digər tərəfdən son pillələrdən qurtulmaq üçün “Qəbələ”yə qalibiyyət daha çox lazım idi.

– Bu mövsüm də “Qarabağ”ın çempion olacağını proqnozlaşdırmaq olar?

– Çempionluğa əsas favorit “Qarabağ”ı hesab edirəm. Ötən mövsümdəki performansına və transferlərinə görə, “Sabah”ı da favoritlərdən sayırdım. Hazırkı turnir cədvəlindəki yerlər çaşdırıcı ola bilər. Xal fərqləri o qədər də çox deyil. Çempionat uzun marafondur. Liqamızda belə hallara çox rast gəlmişik. Ardıcıl üç qələbə ilə 2-3-cü yerlərə yüksələ bilirsən. Aşağı büdcəli komandaların ehtiyat qüvvələri az olur. Zədələr, yorğunluq istər-istəməz enişə səbəb olur. Bu üzdən indidən nəsə demək üçün tezdir.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Müsahibə2023-09-19 08:34

İlqar Qurbanov: “Zirə”nin 5 qələbəsi təsadüf deyil”

blank
Digər idman növləri2023-09-19 08:17

Ağcabədidə rayon birinciliyi keçirilib

blank
Milli komanda2023-09-19 08:00

Emil Mpenza: “Azərbaycan Estoniyadan daha yaxşı komandadır”

blank
Digər idman növləri2023-09-19 02:00

Azərbaycanın stolüstü tennisçiləri yarımfinalda

blank
Dünya futbolu2023-09-19 01:25

“Jirona”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2023-09-19 01:09

Turin klubundan darmadağın

blank
Dünya futbolu2023-09-19 00:52

Son oyunda hərəyə 1 qol və 1 xal

blank
Dünya futbolu2023-09-19 00:24

“Sivasspor” doğma meydanda uduzdu

blank
Digər idman növləri2023-09-19 00:08

DÇ: Azərbaycan güləşçisi gümüş medalla kifayətləndi

blank
Dünya futbolu2023-09-18 23:27

Dadaşov Super Liqa klubunda debüt etdi

blank
Ölkə futbolu2023-09-18 23:04

Öncə “Qarabağ”, sonra “Molde”

blank
Ölkə futbolu2023-09-18 22:37

UEFA klublarımıza pul ödədi

blank
Digər idman növləri2023-09-18 21:58

“Hər ikimiz bir-birimiz üçün sürprizik”

blank
Dünya futbolu2023-09-18 21:45

Silvanın müqaviləsində xüsusi bənd var

blank
Digər idman növləri2023-09-18 20:39

Güləşçimiz DÇ-nin finalına yüksəldi, Olimpiadaya lisenziya qazandı

blank
Premyer-liqa2023-09-18 20:12

Təxirə salınmış oyunun vaxtı açıqlandı

blank
Əvəzedicilər2023-09-18 19:54

“Qarabağ”ın əvəzediciləri evdə, “Qəbələ-2” səfərdə qalib gəldi

blank
Ölkə futbolu2023-09-18 19:25

“Cəbrayıl” 3, “Lerik” 6 qolla qalib gəldi

blank
Ölkə futbolu2023-09-18 19:00

“Araz-Naxçıvan” elitaya yeni yüksəlsə də, yaxşı çıxış edir” – Nqando

blank
Digər idman növləri2023-09-18 18:47

İlk dəfə çimərlik voleybolu üzrə Avropa Kuboku keçiriləcək

blank
Müsahibə2023-09-18 18:30

Kurdiç “Araz-Naxçıvan”ın nəticəsinə təəccüblənir: “Bu cür gözləmirdik”

blank
Digər idman növləri2023-09-18 18:14

Azərbaycanlı hakim “A” kateqoriyası aldı

blank
Digər idman növləri2023-09-18 17:55

Parataekvondoçularımız DÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2023-09-18 17:38

“Manşester Yunayted”ə daha bir zərbə

blank
Digər idman növləri2023-09-18 17:21

DÇ-dən qayıdan yığmamız Bakıda böyük coşğuyla qarşılandı

blank
Ölkə futbolu2023-09-18 17:00

“Sabah” – “Kəpəz” oyununun biletləri satışdadır

blank
Dünya futbolu2023-09-18 16:41

Maktominey – “Bayern”in ehtiyat variantı

blank
Milli komanda2023-09-18 16:22

De Byazi özünü polşalılara təklif edib

blank
Ölkə futbolu2023-09-18 16:14

“Neftçi”nin sabiq prezidenti “Fənərbaxça”nın oyununa təyinat aldı

blank
Digər idman növləri2023-09-18 15:51

Taekvondoçularımız Batumidən 12 medalla qayıtdılar

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

Facebook

Gündəm