Dünya futbolu
“İnter” Çempionlar Liqasında ilkə imza atdı
İtaliyanın “İnter” komandası Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşdığı Portuqaliya “Benfika”sı ilə səfər oyunundan 2:0 hesablı qələbə ilə ayrılıb.
Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisi üçüncü dəfə ÇL-in 1/4 final mərhələsindən etibarən ən böyükhesablı səfər qələbəsini qazanıb.
“Neradzurra” 1964-cü ildə Serbiya “Partizan”ını, 1967-ci ildə isə İspaniyanın “Real” komandasını səfərdə 2 cavabsız qolla üstələyib. Hər iki qarşılaşma 1/4 finala təsadüf edib.
İndiyə qədər cəmi bir komanda 1/4 finaldan etibarən ilk görüşdə evdə 2 top fərqilə məğlub olmasına baxmayaraq, mərhələ adlamağı bacarıb. Bu, 1968/1969 mövsümündə baş verib. “Ayaks”la “Benfika” arasında hər iki matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əlavə oyuna ehtiyac duyulub və orada “Ayaks” 3:0 hesablı qələbə qazanıb.
“İnter” ÇL tarixində ilk dəfə səfərdə penaltidən qol vurub. Bunu belçikalı hücumçu Romelu Lukaku gerçəkləşdirib. 2003-cü ildə Almaniya təmsilçisi “Bayer”lə matçda belə bir imkan olsa da, Domeniko Morfeo zərbəni qola çevirə bilməyib. Bununla milanlıların penaltisiz səfər seriyası 59-cu matçda dayanıb. Bu, turnir tarixinin ən uzun seriyasıdır.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları