Dünya futbolu
“İnter” ÇL-ə vəsiqə qazandı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“İnter” növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni təmin edib.
Futbolinfo.az xəbər verir ki, komanda A Seriyasının 30-cu turunda “Empoli”yə 2:0 hesabı ilə qalib gələrək buna nail olub.
Hazırda 79 xalla lider olan “İnter” çempionatın qalan matçlarının hamısında uduzsa belə, 4-cü pillədən aşağı düşməyəcək.
Beləliklə, “İnter” Avropanın ən yaxşı 5 liqasında “Bayer”dən sonra gələn mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanan ikinci komanda olub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)