Dünya futbolu
İspaniya klubunda yeni qapıçı

İspaniyanın “Osasuna” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Levante”nin qapıçısı Aytor Fernandesi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb. “Osasuna”nın bu transfer üçün “Levante”yə nə qədər təzminat ödədiyi açıqlanmır. Amma klub yeni oyunçusuna 14 milyon avro qiymət qoyub.
Aytor Fernandes 2018-ci ildən “Levante”də çıxış edirdi. Təcrübəli qolkiper bu komandanın heyətində 103 oyun keçirib. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış qapıçı, “Baskoniya”, “Atletik”, “Barakaldo”, “Vilyarreal” və “Numansiya”da çıxış edib.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün