Dünya futbolu
İtaliyalı futbolçu avtomobilini tramvaya çırpdı
İtaliya millisinin və “Latsio”nun futbolçusu Çiro İmmobile ağır yol qəzasına düşüb.
Futbolinfo.az xəbər verir ki, hadisə bu gün paytaxt Romada baş verib.
33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvaya çırpılıb. Zərbənin gücündən maşının ön hissəsi sıradan, tramvay isə zədələnərək relsdən çıxıb.
Hadisə zamanı təcrübəli forvardın qızı da avtomobildə olub. Lakin onlardan heç biri xəsarət almayıb. Tramvayın sürücüsü və iki sərnişini isə xəstəxanaya yerləşdiriliblər.
Polis hadisə ilə bağlı araşdırma aparır. Şahidlərin sözlərinə görə, qəzaya tramvayın işıqforun qırmızı işığında keçməsi səbəb olub.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Milli komanda2024-05-12 15:31
Millimiz iki yoldaşlıq görüşü keçirəcək