Digər idman növləri
“Kəpəz” yoxlama oyununda “Qəbələ”yə qalib gəldi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Təlim-məşq toplanışında olan “Qəbələ” ilə “Kəpəz” bu gün yoxlama oyununda qarşılaşıblar.
Futbolinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunan matç Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərinin heyətində Ülvi İsgəndərov 13-cü dəqiqədə hesabı açıb. Qonaqlardan Georgi Papunaşvili 25-ci dəqiqədə tarazlığı bərpa edib. “Qəbələ”nin müdafiəçisi Murad Musayev isə 32-ci dəqiqədə avtoqol müəllifi olub.
Bölgə təmsilçiləri yanvarın 15-də ikinci yoxlama matçını keçirəcəklər. Həmin gün “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-24 02:35
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-24 08:52
“Neftçi” onun üçün 500 min dollar təklif edib
- Ölkə futbolu2024-07-24 09:24
“Qarabağ” “Qalatasaray”ı ötdü – avrokubokun son 10 ilinə görə
- Ölkə futbolu2024-07-24 08:17
“Neftçi”nin hədəfindəki futbolçu: “Gələcəyimdən əmin deyiləm”