Ölkə futbolu
“Kəpəz”in legionerində yoluxucu xəstəlik aşkarlandı – klubdan ayrıldı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Kəpəz”in futbolçusu Abdullahi Şuaybu klubu tərk edib. Bu barədə futbolinfo.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.
O bildirib ki, klub onunla yollarını ayrımasa da, Şuaybu hələlik ölkəsinə yollanıb. Belə ki, nigeriyalı oyunçu irsi olaraq Hepatit B daşıyıcısıdır. O, mütəmadi analiz verib yoxlanışdan normal keçsə də, bu dəfə vəziyyət fərqli olub: “Abdullahi Şuaybu vəziyyətinə uyğun olaraq hər 3 aydan bir müvafiq analizlərə cəlb olunub. Sonuncu analizi bugünlərdə verib. Analizdə dəyisiklik müşahidə olundugundan indiki halda futbol oynaması mümkün deyil. Hazırda komandanın düşərgəsində deyil, vətəninə yollanıb”.
Qeyd edək ki, bir müddət öncə Şuaybunun sabiq meneceri Dmitri Selyuk açıqlama verərək futbolçunun Hepatit B virusu daşıyıcısı olduğunu bildirmişdi.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-17 10:25
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə
- Ölkə futbolu2024-07-16 15:17
Püşk atıldı