Ölkə futbolu
“Kəpəz”in yeni baş məşqçisindən ilk açıqlama
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Kəpəz”in yeni baş məşqçisi Adil Şükürov bu kluba qayıtmasından danışıb.
Futbolinfo.az xəbər verir ki, o, Gəncə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında “Kəpəz”in uğur qazanması üçün əlindən gələni edəcəyini vurğulayıb və azarkeşləri komandaya dəstək olmağa səsləyib:
“Kəpəz” mənim üçün yad bir komanda deyil. Mən burada futbolçu kimi oynamışam. Bu gün də “Kəpəz”ə məşqçi kimi gəlmişəm. “Kəpəz”in uğur qazanması üçün əlimdən gələni edəcəyəm. İnşallah, azarkeşlərimizlə, komandamızla birlikdə “Kəpəz”i ən yaxşı yerlərə yüksəltməyə çalışacağıq. Mən o vaxt “Kəpəz”ə gələndə də komanda ağır durumda idi. İndiki vəziyyət də o cürdür. Azarkeşlər ancaq “Kəpəz”i fikirləşsinlər, dəstək olsunlar. Bizim də işimiz ağırdır. Buna görə də azarkeşlərin dəstəyi bizə lazımdır. Biz çoxdan danışırdıq, danışıqlar gedirdi, bu işlərlə məşğul olurduq. Əsas odur ki, azarkeşlərimiz stadiona gəlsinlər, bizimlə dəstək olsunlar. Baş məşqçi kimi bütün gücümü səfərbər edəcəyəm ki, “Kəpəz” layiq olduğu yerə qayıda bilsin”.
“Kəpəz” bu gün Şükürovla 2 illik müqavilə imzalayıb. 36 yaşlı mütəxəssis bu vəzifədə Azər Məmmədovu əvəzləyib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-17 10:25
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə
- Ölkə futbolu2024-07-16 08:32
Kloze də Mahiri istəyir, əlcəzairlilər də: o isə “Qarabağ”a can atır