Ölkə futbolu
“Kəpəz”dən növbəti transfer
“Kəpəz” heyətinə daha bir futbolçu qatıb. Gəncəlilər “Turan Tovuz”un oyunçusu ilə razılıq əldə edib.
Futbolinfo.az xəbər verir ki, Ehtiram Şahverdiyev növbəti mövsümdə “Kəpəz”in formasını geyəcək. Ötən mövsümün gedişində əsas heyətdəki yerini itirməsinə baxmayaraq, “Turan Tovuz”la yeni müqavilə bağlayan müdafiəçi fikrini dəyişib. O, əsas heyətdə oynamaq istədiyindən belə qərar verib. Çoxdandır danışıq aparan tərəflər bu gün yekun qərara gəlib. Baş məşqçi Azər Məmmədov Ehtirama güvənəcəyini bildirdikdən sonra futbolçu “Turan Tovuz”dan ayrılmaq qərarına gəlib.
Transferin bu həftə açıqlanması gözlənilir. Şahverdiyev bir illik müqavilə bağlayacaq.