Ölkə futbolu
Kamran Quliyev: “Spartak”la yalnız detalları razılaşdırmaq qalır”
“Neftçi”nin prezidenti Kamran Quliyev “Sport-Express” nəşrinə açıqlama verib. Klub rəhbəri Moskva “Spartak”ı ilə yoxlama görüşü keçirəcəklərini təsdiqləyib.
Futbolinfo.az xəbər verir ki, Quliyev Rusiya təmsilçisi ilə hərtərəfli anlaşdıqlarını vurğulayıb:
“Bu, düzgün məlumatdır. “Spartak”la anlaşmışıq, yalnız detalları razılaşdırmaq qalır. Prinsipcə, hər şey artıq müzakirə olunub. Qarşılaşma Sankt-Peterburqda təşkil olunacaq turnirdən sonra “Otkritie Arena”da baş tutacaq”.
Qeyd edək ki, iyulun ilk yarısında “Matc TV” turnirində “Zenit”, “Fənərbağça” və “Srvena Zvezda” ilə qarşılaşacaq “Neftçi” ardından Moskvaya yollanacaq və ayın 18-də “Spartak”la üz-üzə gələcək.