Premyer-liqa
Kapitan “250”yə çatdı

Şəhriyar Əliyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “Turan Tovuz”un kapitanının yubileyi Misli Premyer Liqasının VII turuna təsadüf edib.
31 yaşlı müdafiəçi “Sumqayıt”la səfər oyununda (0:0) meydana çıxıb. Şəhriyar 250 matçda 11 qol vurub.
O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 71-ci futbolçudur. Premyer Liqada 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edən Əliyev indiyədək 6 klubda forma geyinib. Paytaxtın eyniadlı klubunda 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Şamaxı”da 45 (2 qol) matça çıxan futbolçu indiki klubunda 39 oyunda (4 qol) forma geyinib.

- Ölkə futbolu2023-11-28 09:50
Gəncə stadionu yenidən qurulur – FOTOLAR
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı