Dünya futbolu
Keyn və Ronaldodan rekord

Dünən baş tutan matçlardan sonra iki futbolçu tarixi göstəriciyə imza atdı. Harri Keyn İngiltərə, Kriştianu Ronaldo dünya futbolunda rekordçu oldu.
Futbolinfo.az xəbər verir ki, İtaliya millisi ilə Neapoldakı oyunda komandasının 2-ci qolunu vuran Keyn İngiltərə yığmasının tarixində ən məhsuldar oyunçu oldu. Bu matçadək Ueyn Runi ilə zirvəni bölüşən hücumçu 54-cü qoluna imza atmaqla əlçatmaza çevrildi.
54 – Harri Keyn
53 – Ueyn Runi
49 – Bobbi Çarlton
48 – Hari Lineker
44 – Cimmi Qrivs
Ronaldo isə Lixtenşteynlə oyunda meydana çıxmaqla milli komandada ən çox keçirən futbolçuya çevrildi. Bu görüşədək küveytli Əl Mutava ilə bərabər sayda matç keçirən Portuqaliya yığçasının üzvü artıq 197 rəqəmi ilə hamıya yuxarıdan aşağı baxır.

- Ölkə futbolu2023-05-30 11:59
Qara Qarayev “Qarabağ”dan ayrılır?
- Ölkə futbolu2023-05-30 08:30
AFFA mühüm islahata hazırlaşır: 30 komanda 3 liqada yarışacaq!
- Müsahibə2023-05-30 15:29
Mişura “Neftçi” azarkeşidir: “Komandanın bu illər ərzində cəmi bir dəfə çempion olması məni qəzəbləndirir”
- Ölkə futbolu2023-05-31 08:30
“Kəpəz”dən ayrıldı, Özbəkistana gedir