Dünya futbolu
KL: Sonuncu finalçı bəlli olur
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, sonuncu finalçı Yunanıstanda müəyyənləşəcək.
“Olimpiakos” doğma meydanda İngiltərənin “Aston Villa”nı sınağa çəkəcək. Afina klubu səfərdə bu rəqibinə qalib gəlib – 4:2.
Daha öncə İtaliyanın “Fiorentina” komandası Belçika “Brügge”sini mübarizədən kənarlaşdıraraq finala yüksəlib.
Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
9 may
23:00. “Olimpiakos” (Yunanıstan) – “Aston Villa” (İngiltərə)
İlk oyun – 2:4.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)