Dünya futbolu
Klopp Almaniya millisinə biganə deyil
Yürgen Klopp Almaniya millisini çalışdıra biləcəyi ilə bağlı xəbərlərə gecikmiş reaksiya verib. O, nəvaxtsa belə fürsəti dəyərləndirəcəyini deyib.
Futbolinfo.az xəbər verir ki, o, mümkün təyinatı real sayır: “Nəvaxtsa bu, mümkün ola bilər, amma indi zamanı deyil. Bundestimin baş məşqçi postundan imtina etmək olmaz. Bəlkə də haçansa belə imkanım olacaq. İndi isə “Liverpulda” işimin başındayam. Hətta buradan ayrılandan sonra bir il istirahət edəcək, sonra variantları dəyərləndirəcəm”.
Qeyd edək ki, DÇ-2022-dən sonra Almaniya yığmasının baş məşqçisi Hans-Diter Flikin istefası gündəmə gəlmişdi. O zaman Klopp ona xələf olmağa əsas namizəd idi. Amma uğursuzluğa baxmayaraq, almanlar baş məşqçinin postunda qalmasını lazım bildi.