Dünya futbolu
Klopp cəzalandırılacaq
“Liverpul”un baş məşqçisi Yürgen Klopp cəzalanacaq. Alman məşqçi ötən bazar günü “Tottenhem”lə matçda etdiklərinə görə bu aqibətlə üzləşəcək.
Futbolinfo.az xəbər verir ki, meydan sahibi “Liverpul”un son dəqiqə qolu ilə 4:3 qalib gəldiyi görüşdə Klopp baş hakim Pol Tirniyə qarşı xoşagəlməz hərəkətlər edib. İngiltərə Futbol Federasiyası da bu səbəbdən topladığı faktlara əsasən məşqçini uzun müddətə cəzalandıracaq. Hakimlərin toxunulmazlığı əsas götürüldüyündən “Liverpul”un çalışdırıcısının qurtulmaq şansı yoxdur.
Federasiya cəzanın haqlı olduğunu isbatlamaq, eyni zamanda digərlərinə nümunə olması üçün məşqçi ilə hakim arasında münaqişənin, Kloopun dediklərinin audioyazısını yayımlamağı planlaşdırır. Bu fakt özü məşqçinin ciddi diskvalifikasiya alacağını deməyə əsas verir.